Unai Emeri 5-ci dəfə Avropa Liqasının qalibi olub
UEFA Avropa Liqasının finalında futbol dünyasının gözü İstanbula çevrildi. Tüpraş stadionunun ev sahibliyi etdiyi böyük qarşılaşmada İngiltərənin “Aston Villa” komandası ilə Almaniya təmsilçisi “Frayburq” üz-üzə gəlib. Möhtəşəm ab-havanın şahidi olduğu gecədə Aston Villa meydanda 3-0 təmiz hesabla q

UEFA Avropa Liqasının finalında futbol dünyasının gözü İstanbula çevrildi. Tüpraş stadionunun ev sahibliyi etdiyi böyük qarşılaşmada İngiltərənin “Aston Villa” komandası ilə Almaniya təmsilçisi “Frayburq” üz-üzə gəlib. Möhtəşəm ab-havanın şahidi olduğu gecədə Aston Villa meydanda 3-0 təmiz hesabla qalib gələrək kuboku öz muzeyinə aparmağı bacarıb Matçın əvvəlindən oyuna nəzarət edən “Aston Villa” “Frayburq”a qarşı effektiv oyun nümayiş etdirib. Komandanın müdafiəsində kəsir verməyən və hücum xəttində əldə etdiyi imkanlardan yararlanan İngiltərə təmsilçisi 3 qolla tarixi qələbəyə imza atıb Bu qələbə ilə təkcə Aston Villa deyil, komandanın ispan məşqçisi Unai Emeri də adını bir daha qızıl hərflərlə yazdı. Turnir tarixinin ən uğurlu məşqçilərindən biri olan Emeri “Frayburq”a qarşı bu qələbə ilə karyerasında 5-ci dəfə UEFA Avropa Liqası kubokunu başı üzərinə qaldırmağı bacarıb. Üç dəfə “Sevilya”, bir dəfə isə “Vilyarreal”la bu kuboku qazanan ispan taktik dahisi “Aston Villa”nı idarə edərkən əldə etdiyi bu uğurla “Avropa Liqasının Ustası” titulunu qazanıb

