Tenqri
Ana Səhifə
Siyasət

BMT-nin Cənub-Cənub əməkdaşlığının rəhbəri WUF13-də 2050-ci il demoqrafik dəyişikliyin qrafiklərini təqdim edir

BAKI, Azərbaycan, 19 may. 2050-ci ilə qədər dünya əhalisinin təqribən 70%-i şəhərlərdə yaşayacaq və urbanizasiya sürətləndikcə iştirakçı idarəçiliyin əhəmiyyəti daha da artır, - BMT-nin Cənub-Cənub Əməkdaşlıq İdarəsinin (UNOSSC) direktoru Dima Əl-Xətib bildirib Direktor bunu Bakıda keçirilən Ümumd

0 baxıştrend.az
BMT-nin Cənub-Cənub əməkdaşlığının rəhbəri WUF13-də 2050-ci il demoqrafik dəyişikliyin qrafiklərini təqdim edir
Paylaş:

BAKI, Azərbaycan, 19 may. 2050-ci ilə qədər dünya əhalisinin təqribən 70%-i şəhərlərdə yaşayacaq və urbanizasiya sürətləndikcə iştirakçı idarəçiliyin əhəmiyyəti daha da artır, - BMT-nin Cənub-Cənub Əməkdaşlıq İdarəsinin (UNOSSC) direktoru Dima Əl-Xətib bildirib Direktor bunu Bakıda keçirilən Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində keçirilən “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərar Qəbuletmə” adlı tədbirdə çıxışı zamanı deyib Onun sözlərinə görə, QHT-lər qeyri-rəsmi səviyyədə iqlimə uyğunlaşma tədbirləri, fəlakətlərə hazırlıq və rəqəmsal inklüzivlik kimi sahələrdə fəal iştirak edir və bununla da yaranan ehtiyacların erkən müəyyənləşdirilməsinə və inklüziv şəhər siyasətinin formalaşdırılmasına töhfə verirlər "Bu baxımdan, QHT-lər çox vaxt icmalar və institutlar arasında etibarlı vasitəçi rolunu oynayırlar. Onlar həmçinin diqqətdən kənarda qala biləcək praktiki həlləri üzə çıxarır və gündəmə gətirirlər", - Əl-Xatib deyib "YUNESKO və BMT-Habitat ilə əməkdaşlıqda biz irsin qorunmasına, iqlim fəaliyyətinə, şəhərin davamlılığına və bərpa proseslərinə xüsusi diqqət yetiririk. Eyni zamanda, fəlakət riskinin azaldılması üzrə təlim sessiyaları təşkil olunur. Bu günə qədər biz 168 ölkədə və minlərlə icmada insanları əhatə edən təlim proqramları həyata keçirmişik. İnanırıq ki, QHT-lər bu sahədə daha fəal rol oynamalıdırlar. inklüzivlik, yerli mülkiyyət və qarşılıqlı etimad şəhərlər dəyişiklik və innovasiya üçün əsas hərəkətverici qüvvəyə çevrilməlidir” Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının üçüncü günü davam edir Birinci gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, işgüzar sessiyalar və şəhərin rifahı ilə bağlı müzakirələr keçirilib. Forum çərçivəsində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi də olub Forumun ikinci günü tarixdə ilk dəfə keçirilən Liderlər Zirvəsi ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərin davamlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Eyni zamanda WUF13 çərçivəsində Mexiko pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib 182 ölkədən 40 000-dən çox qeydiyyatdan keçmiş iştirakçını cəlb edən WUF13 mayın 22-dək davam edəcək. “Dünyada mənzil: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən forum davamlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığı gücləndirmək üçün hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir

Kaynak: trend.az

Diğer Haberler