UN-Habitat-ın eksperti: Bakıda son dərəcə zəngin təəssüratlar əldə etmişəm
Bu, mənim həm Ümumdünya Şəhərsalma Forumunda (WUF) ilk iştirakım, həm də Azərbaycana ilk səfərimdir. Bakıda keçirdiyim müddətdən son dərəcə zəngin təəssüratlar əldə etmişəm. Forum yüksək peşəkarlıqla təşkil olunub Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasınd

Bu, mənim həm Ümumdünya Şəhərsalma Forumunda (WUF) ilk iştirakım, həm də Azərbaycana ilk səfərimdir. Bakıda keçirdiyim müddətdən son dərəcə zəngin təəssüratlar əldə etmişəm. Forum yüksək peşəkarlıqla təşkil olunub Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Nayrobidəki baş qərargahının eksperti Karolina Kinast fon Aynem deyib "Urban Expo" sərgi məkanında qlobal miqyasda müxtəlif sahələri təmsil edən insanlarla ünsiyyət qurmaq, daha sonra isə tematik sessiyalarda dayanıqlı inkişaf sahəsində ciddi dialoqlar aparmaq olduqca səmərəlidir. Hesab edirəm ki, bu forum dünyanın dörd bir yanından gələn mütəxəssislərin vahid platformada bir araya gəlməsi üçün nadir bir fürsətdir", - deyə o əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


