Tenqri
Ana Səhifə
Siyasət

UN-Habitat: Dayanıqlı və aşağıkarbonlu şəhər inkişafında mənzil və iqlim siyasətlərinin inteqrasiyası vacibdir - YENİLƏNİB

Milli iqlim planlarında şəhərlərin rolu əhəmiyyətli dərəcədə artır və şəhərəsaslı yanaşmalar iqlim siyasətinin əsas istiqamətlərindən birinə çevrilir AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Milli i

0 baxışazertag.az
UN-Habitat: Dayanıqlı və aşağıkarbonlu şəhər inkişafında mənzil və iqlim siyasətlərinin inteqrasiyası vacibdir - YENİLƏNİB
Paylaş:

Milli iqlim planlarında şəhərlərin rolu əhəmiyyətli dərəcədə artır və şəhərəsaslı yanaşmalar iqlim siyasətinin əsas istiqamətlərindən birinə çevrilir AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Milli iqlim planlarının şəhər məzmunu ilə bağlı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) hesabatı” mövzusunda keçirilən tədbirdə bildirilib Tədbirdə qeyd olunub ki, UN-Habitat-ın yeni hesabatına əsasən, təqdim olunan yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC 3.0) 80 faizində şəhərlərlə bağlı tədbirlər əksini tapıb. Halbuki əvvəlki mərhələdə bu göstərici 49 faiz təşkil edirdi. Hesabat çərçivəsində 142 ölkənin milli iqlim planı təhlil olunub BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Koordinatoru Lea Ranalder bildirib ki, son illərdə şəhərlərin iqlim siyasətində rolu sürətlə güclənib və artıq əksər milli iqlim planlarında şəhər inkişafı məsələləri yer alır. Onun sözlərinə görə, milli iqlim planları ölkələrin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası qarşısında götürdüyü öhdəlikləri əks etdirir və bu sənədlər hər beş ildən bir yenilənərək emissiyaların azaldılması və iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərini müəyyən edir. Lea Ranalder vurğulayıb ki, şəhərlər həm iqlim dəyişikliklərindən ciddi şəkildə təsirlənir, həm də həllərin əsas hissəsini təşkil edir. Buna görə də şəhərlərin milli iqlim planlarına daxil edilməsi konkret tədbirlərin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır Tədbirdə, həmçinin mənzil sektorunun iqlim dəyişiklikləri və şəhər infrastrukturu ilə daha sıx əlaqələndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, bir çox milli iqlim planlarında dəniz səviyyəsinin qalxmasının və maliyyə bazarlarının mənzil sektoruna təsiri kimi məsələlər artıq nəzərə alınır UN-Habitat rəsmisinin sözlərinə görə, dayanıqlı və aşağıkarbonlu mənzil sisteminin qurulması üçün mənzil siyasəti şəhər infrastrukturu ilə inteqrasiya edilməlidir. Drenaj sistemləri, enerji təminatı, nəqliyyat şəbəkələri və tullantıların idarə olunması kimi xidmətlər yaşayış məhəllələri ilə birlikdə planlaşdırılmalıdır “Bu yanaşma mühüm irəliləyişdir. Çünki mənzil artıq yalnız tikili deyil, insanların həyat keyfiyyətini yaxşılaşdıran əsas vasitə və iqlim fəaliyyətinin başlanğıc nöqtəsi kimi qəbul olunur”, - deyə Lea Ranalder vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler