BMT-Habitat COP29 və WUF13-ün rolunu qeyd etdi
COP29 və Ümumdünya Şəhər Forumu (WUF13) bu il Ümumdünya Ətraf Mühit Gününü qeyd edən qlobal tədbirlərə və daha sonra BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına əsasən rəsmi İqlim Həftəsinə körpü rolunu oynayır Day.Az Trend-ə istinadən bildirir ki, bunu BMT-nin İnsan Məskənləri Proqramın

COP29 və Ümumdünya Şəhər Forumu (WUF13) bu il Ümumdünya Ətraf Mühit Gününü qeyd edən qlobal tədbirlərə və daha sonra BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına əsasən rəsmi İqlim Həftəsinə körpü rolunu oynayır Day.Az Trend-ə istinadən bildirir ki, bunu BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax bu gün Bakıda "Təbiətdən ilhamlanır. İqlim naminə. Gələcəyimiz naminə" devizi ilə keçirilən Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq konfransda videomüraciətində deyib Onun sözlərinə görə, WUF13-də Bakı Dayanıqlılıq Koalisiyası ÇNL Sədrliyini və Ümumdünya Şəhər Forumlarını bir araya gətirən, şəhər və iqlim gündəmlərini birləşdirən və Paris Sazişi ilə Yeni Urbanizasiya Gündəliyi arasında ahəngdarlığı gücləndirən inteqrasiya olunmuş yanaşmanın inkişafı üçün mühüm platforma yaradıb: "Bu, Azərbaycan hökumətinin qlobal gündəmlərin əlaqələndirilməsinə verdiyi yüksək əhəmiyyəti nümayiş etdirir. WUF13 Bakı Fəaliyyətə Çağırış bizə xatırladır ki, şəhərlərimiz həyatı dəstəkləyən təbii sistemlərlə ahəngdar inkişaf etməlidir. Eyni zamanda, Ümumdünya Ətraf Mühit Gününün mövzusu - "Təbiətdən ilhamlanır: İqlim üçün, gələcəyimiz üçün" bu baxışı daha da gücləndirir Davamlı şəhər inkişafında mənzilin əsas rolunu vurğulayan Bakı Fəaliyyətə Çağırış hamı üçün inklüziv, əlverişli və iqlimə davamlı həyat şəraitinə doğru qətiyyətli keçidi tələb edir Bu çağırış təbiətə əsaslanan həllər, ekosistemlərin bərpası, daha yaşıl şəhər məkanlarının yaradılması və davamlılığın artırılması üçün yenilənmiş öhdəliklərə çağırır. Məqsəd təkcə insan məskənlərinin ətraf mühitə təsirini (karbon izi) azaltmaq deyil, həm də icmaların davamlılığını fəal şəkildə gücləndirməkdir Şəhər planlamasını təbiətin müdrikliyi ilə uyğunlaşdırmaqla, biz gələcək nəsillər üçün daha davamlı və ümidli gələcəyi təmin edərək, şəhərlərimizi iqlim hərəkəti və inklüziv rifahın hərəkətvericilərinə çevirə bilərik” Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


