Aktrisa Lyudmila Çursina vəfat edib
SSRİ xalq artisti Lyudmila Çursina 85 yaşında vəfat edib.Bu barədə Rusiya Ordu Teatrının saytında məlumat verilib "Təəssüflə bildiririk ki, uzun sürən xəstəlikdən sonra SSRİ xalq artisti Lyudmila Alekseevna Çursina vəfat edib. Milyonlarla tamaşaçı tərəfindən sevilən, yeganə, əsl qəhrəman, böyük ru

SSRİ xalq artisti Lyudmila Çursina 85 yaşında vəfat edib.Bu barədə Rusiya Ordu Teatrının saytında məlumat verilib "Təəssüflə bildiririk ki, uzun sürən xəstəlikdən sonra SSRİ xalq artisti Lyudmila Alekseevna Çursina vəfat edib. Milyonlarla tamaşaçı tərəfindən sevilən, yeganə, əsl qəhrəman, böyük rus dramaturq aktrisası", - məlumatda deyilir Lyudmila Çursina 1941-ci ildə anadan olub. Yaradıcılıq karyerası ərzində o, teatr və kinoda yüzdən çox rol oynayıb. Aktrisa Vaxtanqov Teatrında, Leninqrad Puşkin adına Dram Teatrında xidmət edib, Lenfilm kinostudiyasında işləyib və 1984-cü ildə TsATRA truppasına qoşulub, riastrela.ru yazır. O, “Don nağılı”, “Tutqun çay” filmlərindəki rolları, həmçinin “Marqoşa” və “Qapalı məktəb” seriallarında iştirakı ilə geniş tanınıb


