Milli Bank valyuta bazarına 86 milyon 50 min dollar satıb
İyunun 8-də Milli Bank bu il altıncı dəfə intervensiya edərək valyuta bazarına 86 milyon 50 min dollar satıb Ölkənin baş bankı sonuncu dəfə martın 30-da 178 milyon 900 min dollar satıb. Bundan əvvəl martın 10-da 140 milyon, yanvarın 19-da 134 milyon 50 min dollar, fevralın 6-da 109 milyon 950 min

İyunun 8-də Milli Bank bu il altıncı dəfə intervensiya edərək valyuta bazarına 86 milyon 50 min dollar satıb Ölkənin baş bankı sonuncu dəfə martın 30-da 178 milyon 900 min dollar satıb. Bundan əvvəl martın 10-da 140 milyon, yanvarın 19-da 134 milyon 50 min dollar, fevralın 6-da 109 milyon 950 min dollar, fevralın 27-də isə valyuta bazarına 162 min dollar satılıb Milli Bank 2025-ci ildə səkkiz intervensiya edib və valyuta bazarına ümumilikdə 853 milyon dollar satıb Ölkənin mərkəzi bankı dolların məzənnəsini sabit saxlamaq üçün valyuta müdaxiləsi həyata keçirir. Dolların məzənnəsi kəskin yüksəldikdə və ya kəskin düşdükdə müdaxilə edilir. (Bto)


