Tenqri
Ana Səhifə
Dünya

Ulu Öndərin siyasi irsi dövlətçiliyimizin strateji dayağıdır

Müasir dövlətçilik tariximizin memarı, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini hər zaman olduğu kimi, bu günlərdə də böyük ehtiram və dərin minnətdarlıq hissi ilə yad edirik Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deputatı Mahir Süleymanlı səsləndirib

0 baxışmodern.az
Ulu Öndərin siyasi irsi dövlətçiliyimizin strateji dayağıdır
Paylaş:

Müasir dövlətçilik tariximizin memarı, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini hər zaman olduğu kimi, bu günlərdə də böyük ehtiram və dərin minnətdarlıq hissi ilə yad edirik Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deputatı Mahir Süleymanlı səsləndirib "Ümummilli lider fəaliyyət göstərdiyi bütün dövrlərdə Azərbaycan xalqının milli maraqlarını daim üstün tutub, ölkəmizin taleyini müəyyən edən mürəkkəb mərhələlərdə mühüm və uzaqgörən qərarlar qəbul edib. Bu baxımdan onun zəngin siyasi irsi təkcə keçmişimizin deyil, bu günümüzün və gələcəyimizin də əsas strateji dayaqlarından biri kimi xüsusi əhəmiyyət daşıyır 1969-cu ildə Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycanda genişmiqyaslı inkişaf mərhələsinin əsası qoyulub. Onun məqsədyönlü siyasəti nəticəsində sənayenin modernləşdirilməsi, kənd təsərrüfatının inkişafı və milli kadr potensialının formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərinə çevrilib. 1990-cı illərin əvvəllərində ölkəmizin üzləşdiyi ağır sınaqlar və mürəkkəb siyasi proseslər fonunda Azərbaycan xalqı Ulu Öndərin xilaskarlıq missiyasının mahiyyətini daha dərindən anladı AXC-Müsavat cütlüyünün səriştəsizliyi və özbaşınalığı nəticəsində yaranmış xaos, dərinləşən iqtisadi tənəzzül, vətəndaş qarşıdurması və parçalanma təhlükəsi şəraitində cəmiyyət öz nicat yolunu yenidən Heydər Əliyevin qətiyyətli liderliyində gördü 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, dövlətçiliyimizin məhv olmaq təhlükəsinin qarşısını aldı və Azərbaycanın gələcək inkişafı üçün möhkəm təməl formalaşdırdı 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkənin iqtisadi müstəqilliyinin təmin olunmasında mühüm dönüş nöqtəsinə çevrilməklə yanaşı, dövlətimizin beynəlxalq arenadakı mövqeyini və nüfuzunu daha da gücləndirdi. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1995-ci il noyabrın 12-si Azərbaycan dövlətçilik tarixində mühüm dönüş nöqtəsi kimi yadda qaldı. Həmin gün ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi, eyni zamanda parlamentə ilk seçkilər keçirildi və I çağırış Milli Məclis fəaliyyətə başladı. Bu tarixi qərarlar ölkədə hüquqi-demokratik dövlət quruculuğunun möhkəmlənməsinə və Azərbaycanın müstəqilliyinin güclənməsinə mühüm töhfə verdi".-deyə deputat qeyd edib Parlamentari vurğulayıb ki, Azərbaycan dilinin qorunması və “Azərbaycançılıq” ideologiyasının milli həmrəylik fəlsəfəsinə çevrilməsi də Ulu Öndərin xalq qarşısındakı böyük xidmətlərindəndir: "Bu gün böyük qürur hissi ilə vurğulayırıq ki, dahi şəxsiyyət Heydər Əliyevin müəyyən etdiyi strateji siyasi kurs möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və yüksək məharətlə davam etdirilir. Ulu Öndərin vaxtilə söylədiyi “Vaxt gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” kəlamı artıq reallığa çevrilib. Bu gün Azərbaycan regionun aparıcı güc mərkəzi və qlobal miqyasda söz sahibi olan nüfuzlu bir dövlətdir"

Kaynak: modern.az

Diğer Haberler