"Ulduzlu görüşlər"in növbəti qonağı Məhəmməd Turan olub
"Ulduzlu görüşlər"in növbəti qonağı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Məhəmməd Turan olub 525.az xəbər verir ki, AYB-nin Natəvan klubunda keçirilən görüşdə Azərbaycan Universitetinin tələbələri və ədəbiyyatsevərlər iştirak ediblər."Ulduz"jurnalının baş redaktoru Qulu

"Ulduzlu görüşlər"in növbəti qonağı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Məhəmməd Turan olub 525.az xəbər verir ki, AYB-nin Natəvan klubunda keçirilən görüşdə Azərbaycan Universitetinin tələbələri və ədəbiyyatsevərlər iştirak ediblər."Ulduz"jurnalının baş redaktoru Qulu Ağsəs öz həmyaşıdları arasında fərqlənməyi bacaran Məhəmməd Turanın yaradıcılığının əsas məqamlarına nəzər salaraq, görüşü açıq elan edib."Ulduz"jurnalının şöbə redaktoru Taleh Mansur gənc həmkarı haqqında qənaətlərini bölüşüb. Belarus Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti mərkəzinin keçmiş rəhbəri Şəfa Məmmədova Belarus Dövlət İqtisadiyyat Universitetində təhsil aldığı müddətdə Məhəmməd Turanın fəallığı və yaradıcılığı ilə Belarus ictimaiyyətinin diqqətini cəlb etdiyini vurğulayıb Məhəmməd Turan görüşü təşkil etdiyinə görə"Ulduz"ədəbiyyat dərgisinə minnətdarlığını bildirib. Öz düşüncələrini bölüşüb, şeirlərini səsləndirib Tələbələrin çoxsaylı suallarını cavablandırıb. Ədəbiyyat və yaradıcılıqla bağlı fikirlərini səsləndirib
Diğer Haberler

Bişkek meriyası yanacaqdoldurma məntəqələrini şəhər hüdudlarından kənara çıxarmağı planlaşdırır. Avtomobil sahibləri nə düşünür?

Qırğızıstan və Özbəkistan Tacikistandan gələn böyük narkotik alveri şəbəkəsini ləğv ediblər
