Tenqri
Ana Səhifə
Siyasət

“Ukrinform”da AZƏRTAC-ın xüsusi müxbirinin Azərbaycanın enerji siyasətinə dair məqaləsi dərc edilib

“Ukrinform” dövlət informasiya agentliyində AZƏRTAC-ın Ukrayna və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Azərbaycanın enerji siyasətinə dair məqaləsi dərc edilib “Azərbaycan-Ukrayna enerji əməkdaşlığı yeni səviyyəyə çatır” sərlövhəli məqalədə 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimin

0 baxışazertag.az
“Ukrinform”da AZƏRTAC-ın xüsusi müxbirinin Azərbaycanın enerji siyasətinə dair məqaləsi dərc edilib
Paylaş:

“Ukrinform” dövlət informasiya agentliyində AZƏRTAC-ın Ukrayna və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Azərbaycanın enerji siyasətinə dair məqaləsi dərc edilib “Azərbaycan-Ukrayna enerji əməkdaşlığı yeni səviyyəyə çatır” sərlövhəli məqalədə 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi fikirlərə geniş yer verilib. Müəllif dövlətimizin başçısına istinadla yazır ki, Cənub Qaz Dəhlizi olmadan bu gün Avropa enerji bazarının necə olacağını təsəvvür etmək çətindir. Azərbaycan təbii qazı 16 ölkəyə tədarük olunur, onlardan 10-u Avropa İttifaqının üzvüdür. Bu rəqəm, şübhəsiz ki, artacaq. Əlavə qaz hasilatı Abşeron yatağından və dərinsulu “Azəri-Çıraq-Günəşli” neft və qaz kondensat yataqlarının digər hissələrindən əldə ediləcək. Bu, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsini artıracaq Enerji təhlükəsizliyi sahəsində Azərbaycan-Ukrayna əməkdaşlığının da yeni mərhələyə qədəm qoyduğunu yazan müəllif enerji forumunda iştirak edən Ukraynanın Baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqalın çıxışında qeyd etdiyi fikirlərə toxunub. Ötən qışın ən çətin dövründə Azərbaycan 11 enerji dəstəyi paketi təqdim etməklə Ukraynanın enerji təhlükəsizliyinə xüsusilə əhəmiyyətli töhfəsi vurğulanıb Məqalənin sonunda qeyd edilir ki, Azərbaycan etibarlı təchizatçı kimi enerji təhlükəsizliyində rolunu artırmaqda davam edir, Ukrayna əsas tranzit və xidmət mərkəzi kimi mövqeyini möhkəmləndirir. Bununla da Avropa sabit alternativ enerji mənbələri əldə edəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler

AZERTAC-yň ýörite habarçysynyň Azerbaýjanyň energiýa syýasaty baradaky makalasy "Ukrinform" -da çap edildi. | Tenqri