Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn və Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilən ukraynalı uşaqlar və gənclər Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzind

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn və Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilən ukraynalı uşaqlar və gənclər Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzində olublar AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonu ilə tanış olan qonaqlara qoruq ərazisindəki qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisindən aşkar edilən bu eksponatlar mərkəzin laboratoriyasında tədqiq olunduqdan sonra sərgi salonunda ziyarətçilərə nümayiş etdirilir Sonra kollektiv mərkəzin akt zalına gəlib. Qeyd olunub ki, Qəbələ Arxeoloji Mərkəzi SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə yaradılıb Qonaqlar "Qafqaz Albaniyasının paytaxtı – Qəbələ" filminə baxıblar. Görüşdə ukraynalı uşaqların ifasında Ukraynanın Dövlət Himni səsləndirilib, qrupun rəhbərinə isə xatirə hədiyyəsi təqdim olunub Daha sonra ukraynalı uşaqlar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində olan Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun qədim məkanları – "Qala" və "Səlbir" arxeoloji ərazilərinə səfər ediblər. Ziyarətçilərə burada dövri olaraq aparılan qazıntılar, yerli və xarici mütəxəssislər tərəfindən aşkar edilən ictimai bina qalıqları, təsərrüfat quyuları, ocaq yerləri, qədim su xətləri və digər tapıntılar barədə geniş məlumat verilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


