Tenqri
Ana Səhifə
Dünya

Ukraynalı deputat: WUF13 şəhərlərin gələcəyinə təsir edəcək real alətdir

Mübaliğəsiz deyə bilərik ki, Ümumdünya Şəhərsalma Forumunun (WUF13) on üçüncü Sessiyası müasir şəhərsalma siyasətinin formalaşdırılması üçün əsas qlobal platformalardan biridir. Hökumətlər, parlament üzvləri, merlər, ekspertlər və biznes nümayəndələri gələcəyin şəhərləri üçün konkret həllər hazırlam

0 baxışazertag.az
Ukraynalı deputat: WUF13 şəhərlərin gələcəyinə təsir edəcək real alətdir
Paylaş:

Mübaliğəsiz deyə bilərik ki, Ümumdünya Şəhərsalma Forumunun (WUF13) on üçüncü Sessiyası müasir şəhərsalma siyasətinin formalaşdırılması üçün əsas qlobal platformalardan biridir. Hökumətlər, parlament üzvləri, merlər, ekspertlər və biznes nümayəndələri gələcəyin şəhərləri üçün konkret həllər hazırlamaq məqsədilə BMT-Habitat-ın himayəsi altında Bakıda toplaşırlar Bu barədə AZƏRTAC-a Ukrayna Ali Radasının üzvü və Ukrayna-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Valeri Kolyux bildirib Onun sözlərinə görə, forumun məhz Bakıda keçirilməsinin tamamilə qanunauyğun olduğunu anlamaq da vacibdir. Ukraynalı deputat bu fikrini əsaslandırıb: “"Son illərdə Azərbaycan dünyasəviyyəli tədbirlərə ev sahibliyi etmək üçün özünü güclü beynəlxalq platforma qismində ardıcıl olaraq təsdiqləyib. Xüsusilə, ölkənin paytaxtı Azərbaycanı qlobal arenada tanıdan əsas tədbir olan “Eurovision 2012”yə və müntəzəm olaraq Formula 1 Azərbaycan Qran-Prisinə ev sahibliyi edib ki, bu da ölkənin beynəlxalq imicini əhəmiyyətli dərəcədə artırıb, habelə turizm və investisiyaları asanlaşdırıb. Bu, belə irimiqyaslı foruma ev sahibliyi etmək üçün əsas amillər olan zəruri infrastrukturun, təcrübənin və beynəlxalq ictimaiyyətin etimadının mövcudluğunu nümayiş etdirir” WUF13-ün əhəmiyyətinə gəldikdə, Ali Radanın deputatı vurğulayıb ki, onun əsas töhfəsi qlobal urbanizasiya gündəliyinin formalaşdırılması, xüsusən də mənzil siyasəti, şəhər dayanıqlığı və böhrandan sonrakı bərpa məsələlərinə diqqət yetirməklə bağlıdır. Bu məsələlər bu gün bir çox ölkə üçün çox aktualdır Ukraynalı deputat əlavə edib: “Ukraynanın bu forumda həm parlament, həm də hökumət səviyyələrində təmsil olunması da vacibdir. Mən də tədbirdə iştirak edəcəyəm. Bu, təkcə ən yaxşı qlobal təcrübələri qəbul etmək üçün deyil, həm də Ukraynanın təcrübəsini, xüsusən də şəhərlərin bərpası və yeni şəhər siyasətlərinin hazırlanması kontekstində təqdim etmək üçün fürsət yaradır. Beləliklə, Bakıdakı WUF13 sadəcə müzakirə platforması deyil, həm də qarşıdakı onilliklərdə şəhərlərin gələcəyinə təsir göstərəcək real alətdir” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler