Tenqri
Ana Səhifə
Dünya

Ukraynada müharibənin başlanğıcından bəri ilk dəfə hərbçilərin tərxis olunacağı elan edilib

2026-cı ilin sonunda Ukraynada hərbi qulluqçuların qismən tərxisi həyata keçiriləcək "Report" xəbər verir ki, bu barədə müdafiə naziri Mixail Fyodorov yerli TSN telekanalına müsahibəsində bildirib Onun sözlərinə görə, proses 2022-ci ildən və ya daha əvvəldən xidmətdə olan hərbçiləri mərhələli şəki

0 baxışreport.az
Ukraynada müharibənin başlanğıcından bəri ilk dəfə hərbçilərin tərxis olunacağı elan edilib
Paylaş:

2026-cı ilin sonunda Ukraynada hərbi qulluqçuların qismən tərxisi həyata keçiriləcək "Report" xəbər verir ki, bu barədə müdafiə naziri Mixail Fyodorov yerli TSN telekanalına müsahibəsində bildirib Onun sözlərinə görə, proses 2022-ci ildən və ya daha əvvəldən xidmətdə olan hərbçiləri mərhələli şəkildə əhatə edəcək "Biz kalkulyator yaradacağıq. Hər bir hərbi qulluqçu hansı ayda (xidmətdən tərxis olunmağa - red.) düşə biləcəyinə baxa biləcək", - M. Fyodorov qeyd edib Bununla yanaşı, müdafiə qurumunun rəhbəri qeyd edib ki, hətta müqaviləsi qüvvədə olan hərbçilər də tərxis oluna biləcəklər: "Əgər siz noyabr və ya dekabr aylarında tərxisə düşürsünüzsə, o zaman prezident fərmanının qüvvəsi birinci dərəcəli əhəmiyyət kəsb edəcək. Müqavilə imzalamağınıza baxmayaraq" Daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov "Liga"ya müsahibəsində indiki şəraitdə tərxisi qeyri-mümkün adlandırmışdı Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler