Ukrayna təmsilçisi yeni mövsüm üçün peşəkar klub lisenziyası əldə edə bilməyib
Ukrayna təmsilçisi “Vorskla” (Poltava) 2026/2027-ci illər mövsümü üçün peşəkar klub lisenziyası əldə edə bilməyib AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının Attestasiya Komitəsi qərar qəbul edib Məlumata əsasən, klub növbəti mövsümdə peşəkar statusla yarışlarda iştirak etmək

Ukrayna təmsilçisi “Vorskla” (Poltava) 2026/2027-ci illər mövsümü üçün peşəkar klub lisenziyası əldə edə bilməyib AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının Attestasiya Komitəsi qərar qəbul edib Məlumata əsasən, klub növbəti mövsümdə peşəkar statusla yarışlarda iştirak etmək hüququ qazanmayıb. Həmçinin komanda rəhbərliyi cari çempionatın keçid oyunlarında iştirak etməmək barədə qərar verib. Bu isə faktiki olaraq klubun peşəkar statusunu itirməsi anlamına gəlir Bildirilir ki, “Vorskla”nın yeni rəhbərliyi təşkilati və idarəetmə məsələlərini nizama saldıqdan sonra 2027/2028-ci illər mövsümündə yarımpeşəkar status daşıyacaq yeni yaradılan Üçüncü Liqada iştirak etmək üçün müraciət etməyi planlaşdırır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


