Ukrayna Samara və Nijni Novqorodda enerji infrastrukturuna zərbələr endirib
Ukraynanın müdafiə qüvvələri aprelin 23-nə keçən gecə Samarada neft emalı zavoduna (NEZ) və Nijni Novqorod vilayətindəki "Qorki" nasos-kompressor stansiyasına zərbələr endirib "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri A

Ukraynanın müdafiə qüvvələri aprelin 23-nə keçən gecə Samarada neft emalı zavoduna (NEZ) və Nijni Novqorod vilayətindəki "Qorki" nasos-kompressor stansiyasına zərbələr endirib "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko məlumat verib Öz növbəsində, Rusiyanın Novokuybışevsk şəhərinin qubernatoru Vyaçeslav Fedorişev Ukrayna dronlarının sənaye müəssisələrinə hücumu barədə məlumat verib "Ukrayna pilotsuz uçuş aparatlarının regionumuza hücumu davam edir. Novokuybışevskdə sənaye müəssisələrinə zərbə nəticəsində xəsarət alanlar var. Bir nəfər həlak olub", – o bəyan edib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


