Ukrayna Rusiyanın kölgə donanmasının bir neçə gəmisinə zərbə endirib - YENİLƏNİB
Ukraynanın Müdafiə Qüvvələri Primorsk limanında Rusiyanın kölgə donanmasının "Karakurt" raket gəmisini, patrul katerini və tankerini vurub "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında bildirib "Daha bir Rusiya "kalibr" daşıyıcısına minus. Gen

Ukraynanın Müdafiə Qüvvələri Primorsk limanında Rusiyanın kölgə donanmasının "Karakurt" raket gəmisini, patrul katerini və tankerini vurub "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında bildirib "Daha bir Rusiya "kalibr" daşıyıcısına minus. General-mayor Yevgeni Xmara Primorsk limanındakı obyektlərin uğurla vurulması barədə məruzə edib. Bu, bizim Ukrayna Təhlükəsizlik Xidməti (UTX), Pilotsuz Sistemlər Qüvvələri, Xüsusi Əməliyyat Qüvvələri (XƏQ), Baş Kəşfiyyat İdarəsi (BKİ) və sərhədçilərin birgə əməliyyatıdır Həmçinin, "Karakurt" raket gəmisi, patrul kateri və kölgə neft donanmasının daha bir tankeri vurulub. Neftdoldurma limanının infrastrukturuna da əhəmiyyətli dərəcədə ziyan vurulub. Bizim hər bir belə nəticəmiz Rusiyanın müharibə potensialını məhdudlaşdırır", – paylaşımda bildirilir Zelenski həmçinin Rusiyanın Ukraynanın mülki infrastrukturuna endirdiyi zərbələrə cavab olaraq UTX-nin gələcək əks-tədbir planlarının təsdiqləndiyini bildirib "Rusiya özünün bu müharibəsini istənilən an bitirə bilər. Müharibənin uzanması yalnız bizim müdafiə əməliyyatlarımızın miqyasının genişlənməsinə gətirib çıxaracaq", – o vurğulayıb Ukraynanın Hərbi Dəniz Qüvvələri Novorossiysk limanı yaxınlığında Rusiyanın kölgə donanmasına daxil olan, sanksiya altındakı iki gəmini vurub "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında yazıb "Hərbçilərimiz davam edir, Rusiyanın kölgə donanmasının iki gəmisi Novorossiysk limanına yaxınlaşarkən (Qara dənizin - red.) akvatoriyasında vurulub. Bu tankerlərdən neft daşınması üçün aktiv şəkildə istifadə olunurdu, artıq olmayacaq. Əməliyyata rəhbərlik etdiyi üçün Baş Qərargah rəisi Andrey Qnatova, sabit və səmərəli nəticələrə görə Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatçılarına və Hərbi Dəniz Qüvvələrimizə minnətdaram", - o qeyd edib Zelenskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri dənizdə, havada və quruda uzaqmənzilli zərbələri kompleks şəkildə inkişaf etdirməyə davam edir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


