Ukrayna Rusiyadakı neft obyektlərinə hücum edib
Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində - Tver və Krasnodar diyarındakı neft bazasına və neft kəmərində nəqli təmin edən stansiyaya zərbə endirib "Report" xəbər verir ki, bu barədə Ukraynanın Dezinformasiyaya qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko sosial şəbəkələrdəki səhifəsində mə

Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində - Tver və Krasnodar diyarındakı neft bazasına və neft kəmərində nəqli təmin edən stansiyaya zərbə endirib "Report" xəbər verir ki, bu barədə Ukraynanın Dezinformasiyaya qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko sosial şəbəkələrdəki səhifəsində məlumat yayıb "Rusiya gecə saatlarında hücuma məruz qalıb. Tver şəhərinə zərbələr endirilib. Orada, xüsusən də, neft bazaları yerləşir. Həmçinin Rusiyanın Krasnodar diyarında "Krımskaya" neft kəməri stansiyasına hücum edilib", – A.Kovalenko yazıb O, bunun həftə ərzində həmin neft kəmərində nəqli təmin edən stansiyaya endirilən ikinci hücum olduğunu qeyd edib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


