Ukrayna PUA-ları Mariupol və Berdyansk limanlarında, həmçinin Krım sahillərində beş gəmiyə zərbə endirib
İyunun 5-nə keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Mariupol və Berdyansk limanlarında, həmçinin Krımın sahil sularında yerləşən beş gəmiyə hücum edib Bu barədə AZƏRTAC Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert “Madyar” Brovdinin paylaşımına istinadla xəbər verir Zərbələr

İyunun 5-nə keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Mariupol və Berdyansk limanlarında, həmçinin Krımın sahil sularında yerləşən beş gəmiyə hücum edib Bu barədə AZƏRTAC Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert “Madyar” Brovdinin paylaşımına istinadla xəbər verir Zərbələr Mariupol və Berdyansk limanlarında, eləcə də Krımın sahil sularında olan yük gəmiləri və tankerlərə endirilib Hədəfə alınan bütün gəmiləri bir xüsusiyyət birləşdirirdi, belə ki, onların adlarının üzəri boyanaraq gizlədilmiş, radarları isə söndürülmüşdü. Həmin gəmilər Ukrayna ərazilərindən taxıl, yanacaq və hərbi yüklər daşıyırdı 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


