Tenqri
Ana Səhifə
Dünya

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

Ukrayna Müdafiə Qüvvələri bütün gecə boyunca Volqoqrad, Zaporojye, Donetsk və digər bölgələrdəki bir sıra hədəflərə zərbələr endirib. Xüsusilə Rusiyanın neft nəqli infrastrukturunun əsas elementi vurulub AZƏRTAC bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahına istinadla xəbər verir Belə ki, 13

0 baxışazertag.az
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
Paylaş:

Ukrayna Müdafiə Qüvvələri bütün gecə boyunca Volqoqrad, Zaporojye, Donetsk və digər bölgələrdəki bir sıra hədəflərə zərbələr endirib. Xüsusilə Rusiyanın neft nəqli infrastrukturunun əsas elementi vurulub AZƏRTAC bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahına istinadla xəbər verir Belə ki, 13 iyun gecəsi Müdafiə Qüvvələrinin bölmələri Volqoqrad vilayətinin Kotovo kəndi yaxınlığındakı neft müəssisəsinə zərbə endirib. Müəssisədə yanğın baş verdiyi bildirilir Bu müəssisə magistral boru kəmərləri vasitəsilə neft hazırlayır və onu kəmərlərə vurur, neft emalı zavodlarına xam neft tədarük edir və ixrac infrastrukturunu dəstəkləyir Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının digər məlumatına görə, Xoromnoye (Rusiya Federasiyasının Bryansk vilayəti), Verxnyaya Krinitsa (Zaporojye vilayəti), Voskresenka (Donetsk vilayəti) və Novonikolaevka (Xerson vilayəti) ərazilərində olan Rusiyanın PUA idarəetmə məntəqələri də hücuma məruz qalıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler