Ukrayna HHQ: Qəza nəticəsində bombardmançı təyyarənin hər iki pilotu ölüb - YENİLƏNİB
Ukraynanın Hərbi Hava Qüvvələri (HHQ) Xmelnitski vilayətində aviaqəza faktını təsdiqləyib "Report" xəbər verir ki, bu barədə HHQ-nin "Telegram" kanalında bəyanat paylaşılıb "İyunun 16-sı saat 19:00 radələrində Ukrayna Silahlı Qüvvələri HHQ-nin Pyotr Franko adına 7-ci taktiki aviasiya briqadasının

Ukraynanın Hərbi Hava Qüvvələri (HHQ) Xmelnitski vilayətində aviaqəza faktını təsdiqləyib "Report" xəbər verir ki, bu barədə HHQ-nin "Telegram" kanalında bəyanat paylaşılıb "İyunun 16-sı saat 19:00 radələrində Ukrayna Silahlı Qüvvələri HHQ-nin Pyotr Franko adına 7-ci taktiki aviasiya briqadasının "Su-24M" cəbhə bombardmançı təyyarəsi qəzaya uğrayıb. "Su-24M"in ekipajı - pilot və şturman Xmelnitski vilayətində tapşırığı yerinə yetirirdi. Təəssüf ki, hər iki pilot - mayor Boqdan Zaqurlyuk və baş leytenant Boqdan Babenko həlak olub", - bəyanatda vurğulanıb Qeyd olunub ki, təyyarənin düşdüyü yerdə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları fəaliyyət göstərir. İlkin məlumata görə, mülki əhali arasında xəsarət alan yoxdur Ukraynanın Xmelnitski vilayətində hərbi təyyarə qəzaya uğrayıb "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, onun "MiQ-29" qırıcı təyyarəsi olduğu ehtimal edilir Qeyd olunub ki, təyyarənin qalıqları Moskalyovka kəndi yaxınlığında aşkar edilib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

