Tenqri
Ana Səhifə
Dünya

Ukrayna “Flamingo” raketləri ilə Çuvaşiyada hərbi zavoda zərbə endirdiyini təsdiqləyib - YENİLƏNİB

Ukrayna ordusu “Flamingo” raketləri ilə Çuvaşiyada hərbi zavoda zərbə endirildiyini təsdiqləyib APA xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb Məlumata görə, “VNİİR-Proqress” müdafiə müəssisəsi Rusiyanın yüksək dəqiqlikli silahları üçün naviqasiya avadanlıqlarının əsas

0 baxışapa.az
Ukrayna “Flamingo” raketləri ilə Çuvaşiyada hərbi zavoda zərbə endirdiyini təsdiqləyib - YENİLƏNİB
Paylaş:

Ukrayna ordusu “Flamingo” raketləri ilə Çuvaşiyada hərbi zavoda zərbə endirildiyini təsdiqləyib APA xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb Məlumata görə, “VNİİR-Proqress” müdafiə müəssisəsi Rusiyanın yüksək dəqiqlikli silahları üçün naviqasiya avadanlıqlarının əsas istehsalçılarından biri hesab olunur. Zavod “Kometa” tipli peyk naviqasiya qəbulediciləri və antenlər istehsal edir Bu avadanlıqlar “Şahed” (“Geran-2”) tipli zərbə PUA-larında, “Kalibr” qanadlı raketlərində, “İsgəndər-M” operativ-taktiki raket komplekslərində, həmçinin aviasiya bombaları üçün vahid planlama və korreksiya modullarında istifadə olunur Ukrayna Rusiyanın Çeboksarı və Samara şəhərlərinə raket hücumu edib APA-nın Rusiya bürosu xəbər verir ki, hücumdan sonra Çeboksarıda hərbi zavod və Samarada neft emalı zavodunda yanğın baş verib Çuvaşiya hakimiyyəti bildirib ki, Çeboksarı 10 iyun səhəri raket hücumuna məruz qalıb. Üç nəfərin yaralandığı bildirilib Çuvaşiya Respublikasının rəhbəri Oleq Nikolaev bildirib ki, yaralananlardan ikisi orta dərəcəli, digəri isə yüngül xəsarətlər alıb, artıq onlardan biri evə buraxılıb Şəhərdən çəkilən görüntülərdə tüstü buludu görünür. Hücum zamanı Çuvaşiya səmasında Ukraynanın “Flamingo” raketi görünüb Yerli teleqram kanalları “VNİİR-Proqress” müdafiə müəssisəsinin vurulduğunu bildirir. Zavodun inzibati binasının dağıdıldığı güman edilir. “VNİİR-Proqress” Rusiya Hərbi Dəniz Qüvvələri, aviasiya və zirehli texnika üçün naviqasiya avadanlığı istehsal edir Samarada “Rosneft” şirkətinə daxil olan Kuybışev Neft Emalı Zavodu “raket həyəcanı” verildikdən sonra yanğına məruz qalıb. Bu neft emalı zavodu əvvəllər də Ukraynanın hədəfi olub Rusiya Müdafiə Nazirliyi ötən gecə Rusiyanın regionları və Qara dəniz üzərində Ukraynanın 326 dronunun vurulduğunu açıqlayıb

Kaynak: apa.az

Diğer Haberler