Ukrayna dronları Rusiyanın helikopterlərinə zərbə endirdi
Ukrayna hərbçiləri pilotsuz uçuş aparatları vasitəsilə Rusiyanın Voronej vilayətində yerləşdirilmiş “Mi-28” və “Mi-17” döyüş helikopterlərinə zərbə endirib Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert “Madyar” Brovdin məlumat yayı

Ukrayna hərbçiləri pilotsuz uçuş aparatları vasitəsilə Rusiyanın Voronej vilayətində yerləşdirilmiş “Mi-28” və “Mi-17” döyüş helikopterlərinə zərbə endirib Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert “Madyar” Brovdin məlumat yayıb Onun sözlərinə görə, zərbə 4 ədəd “Mi-28” və “Mi-17” helikopterinin yerləşdiyi eniş-qalxış meydançasına endirilib Pilotsuz Sistemlər Qüvvələrinin bölmələri Rusiyanın Voronej vilayətində, təmas xəttindən 150 kilometr məsafədə yerləşən ərazidə iki “Mi-28” və “Mi-17” helikopterini vurub. Həmin ərazidə helikopterlər yanacaqla təmin olunur, həmçinin uçuşlararası texniki baxış keçirilirdi. Zərbələr əsas pərləri yan keçərək mühərrik bölməsinin arxa mərkəzi hissəsinə endirilib”, – deyə komandan dəqiqləşdirib Hücum nəticəsində helikopterlərə xidmət göstərən mütəxəssislərdən azı biri həlak olub Qeyd edək ki, Rusiyanın “Mi-28” zərbə helikopteri zirehli texnikanın, canlı qüvvənin və aşağı hündürlükdə uçan hava hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulub. O top silahları və idarəolunan raketlərlə təchiz edilib, həmçinin günün istənilən vaxtında və mürəkkəb hava şəraitində tapşırıqları yerinə yetirə bilir “Mi-28” helikopterlərindən Rusiya qoşunları döyüş əməliyyatları zamanı, o cümlədən quru əməliyyatlarına dəstək məqsədilə fəal istifadə edir. “Mi-17” nəqliyyat helikopteri isə şəxsi heyətin və yüklərin daşınması, həmçinin təxliyə əməliyyatlarının icrası üçün istifadə olunur


