William Ruto: Keniya Afrika qitəsində ən böyük tikinti proqramına malikdir
Hazırda Keniyada 1100-dən çox qeyri-rəsmi yaşayış məntəqəsi var və burada təxminən 7 milyon insan gecəqondu şəraitində yaşamağa məcburdur "Report" xəbər verir ki, bunu Keniya Prezidenti Uilyam Samoei Ruto Bakıda keçirilən WUF13 Liderlər Sammitində çıxışı zamanı deyib Mövcud vəziyyəti dözülməz ad

Hazırda Keniyada 1100-dən çox qeyri-rəsmi yaşayış məntəqəsi var və burada təxminən 7 milyon insan gecəqondu şəraitində yaşamağa məcburdur "Report" xəbər verir ki, bunu Keniya Prezidenti Uilyam Samoei Ruto Bakıda keçirilən WUF13 Liderlər Sammitində çıxışı zamanı deyib Mövcud vəziyyəti dözülməz adlandıran dövlət başçısı bildirib ki, bunu kökündən dəyişmək üçün hökumət məqsədli dövlət mənzil layihələrini vergidən tamamilə azad edib Prezidentin sözlərinə görə, Keniya rəhbərliyi tikintinin dəyərini azaltmaq üçün aparıcı memarları və ixtisaslaşmış mütəxəssisləri əməkdaşlığa cəlb edib, həmçinin iri məhəllə tikintisinə keçib: "Əvvəllər 30-40 ev tikən şirkətlərə və mütəxəssislərə indi mənzillərin layihələrini həyata keçirmək imkanı verilir. Biz istəyirik ki, bütün yaşayış binaları müəyyən edilmiş standartlara uyğun tikilsin. Bu məqsədlə xüsusi mexanizm yaradılıb, xüsusi fond yaradılıb. Bu sahənin maliyyələşdirilməsi üçün ödəniş sistemi tətbiq edilib” Vilyam Samoei Ruto vurğulayıb ki, Keniya hazırda Afrika qitəsində ən böyük tikinti proqramını həyata keçirir. "Tikinti mərhələsində 273 min mənzil var, artıq 8 min mənzilin açarını təhvil vermişik. Ümumilikdə 700 min yaşayış binası hazırlanır. İlin sonuna kimi 55 min ev tikməyi planlaşdırmışıq" Ruto əlavə edib ki, 1,5 milyard əhalisi olan Afrika qitəsi ən yüksək qərar qəbul edən qurum olan BMT Təhlükəsizlik Şurasında təmsil olunmur Onun sözlərinə görə, bu, Afrika qitəsi ilə bağlı ən böyük paradoksdur "BMT Təhlükəsizlik Şurasının gündəliyinin 60%-i Afrika məsələlərinə həsr olunub, lakin bu problemlər qitənin özünün təmsil olunmadığı masada həll olunur. Ona görə də deyirik ki, BMT-ni qorumaq və müəyyən anomaliyaları aradan qaldırmaq üçün islahatlar lazımdır. Bakıda bizim Afrikanın BMT Təhlükəsizlik Şurasında təmsilçilik hüququnun təmin edilməsi məsələsini gündəmə gətirmək imkanımız var", - Ruto bildirib


