Tenqri
Ana Səhifə
Dünya

Uilli Uolş: 2026-cı ildə Avropa aviaşirkətlərinin mənfəəti azalacaq

Avropanın aviasiya sektorunun 2026-cı ildə xalis mənfəətinin bir il əvvəlki 13 milyard dollara qarşı 9,6 milyard ABŞ dollarına qədər azalacağı proqnozlaşdırılır "Report"un Rio-de-Janeyroda olan müxbirinin verdiyi məlumata görə, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş direkt

0 baxışreport.az
Uilli Uolş: 2026-cı ildə Avropa aviaşirkətlərinin mənfəəti azalacaq
Paylaş:

Avropanın aviasiya sektorunun 2026-cı ildə xalis mənfəətinin bir il əvvəlki 13 milyard dollara qarşı 9,6 milyard ABŞ dollarına qədər azalacağı proqnozlaşdırılır "Report"un Rio-de-Janeyroda olan müxbirinin verdiyi məlumata görə, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş direktoru Uilli Uolş IATA-nın 82-ci illik toplantısı (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) çərçivəsində keçirilən mətbuat konfransında bildirib Onun sözlərinə görə, Avropa aviasiya sənayesinin xalis rentabelliyi 2025-ci ildəki 4,5%-lə müqayisədə cari ildə 3,1%-ə qədər azalacaq "Fars körfəzi ölkələrindən aviasiya yanacağı idxalından böyük dərəcədə asılı olan Avropa xərclərin ciddi şəkildə artması ilə üzləşir. Hələlik bu amilin təsiri, yanacağa olan tələbatın təxminən 70%-nin böhrandan əvvəlki qiymətlərlə hedcinq edilməsi sayəsində qismən yumşalır. Lakin bu müqavilələrin müddəti başa çatdıqca xərclər üzərindəki təzyiq daha da güclənəcək", - U. Uolş qeyd edib IATA rəhbəri vurğulayıb ki, Avropa və Asiya arasında birbaşa hava əlaqəsinin inkişafı bazara dəstək göstərir ki, bu da Yaxın Şərq habları vasitəsilə olan marşrutları qismən əvəz etməyə imkan verir Bununla yanaşı, o, Avropa aviasiyasının qalmaqda olan struktur problemlərinə diqqət çəkib "Avropanın bəzi hissələri Rusiya üzərindəki hava məkanından istifadəyə qoyulan məhdudiyyətlərin fəsadlarını hələ də hiss etməkdədir. Bundan əlavə, makroiqtisadi vəziyyətin gözlənilən pisləşməsi, iqtisadi artımın yavaşlaması və enerji daşıyıcılarının qiymətlərinin artması əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərəcək Avropa aviaşirkətləri həmçinin ekoloji təmiz aviasiya yanacağından (SAF) istifadə ilə bağlı məcburi tələblər, eləcə də hava limanı və aeronaviqasiya yığımlarının artırılması da daxil olmaqla, ağır tənzimləmələr səbəbindən əlavə qiymət təzyiqi ilə üzləşir. Bir sıra bazarlarda davam edən tətillər əməliyyat pozuntularına səbəb olur və daşıyıcıların çevikliyini məhdudlaşdırır. Bütün bu amillər göstərir ki, bazar konyukturasının normallaşmasından sonra belə Avropa aviasiyasının rəqabətqabiliyyətliliyi azalmaqda davam edə bilər", - U. Uolş bildirib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler