Tenqri
Ana Səhifə
Dünya

Qurban Qurbanovun belə bacarmadığını Ayxan Abbasov edə biləcəkmi? - Azərbaycan - Malta oyunu başlayıb; 22:09 yeniləndi

Planlaşdırılmamış dəyişdirmə. Xəyal Əliyev xəsarət alıb. Onu Nəriman Axundzadə əvəzləyib. 9 dəqiqədir Macarıstanın Sombathely şəhərində Azərbaycan və Malta yığmaları arasında yoldaşlıq oyunu başlayıb Azərbaycan və Malta yığmalarının start heyətləri Azərbaycan: Emil Balayev, Anton Krivotsuk, Bədav

0 baxışhaqqin.az
Qurban Qurbanovun belə bacarmadığını Ayxan Abbasov edə biləcəkmi? - Azərbaycan - Malta oyunu başlayıb; 22:09 yeniləndi
Paylaş:

Planlaşdırılmamış dəyişdirmə. Xəyal Əliyev xəsarət alıb. Onu Nəriman Axundzadə əvəzləyib. 9 dəqiqədir Macarıstanın Sombathely şəhərində Azərbaycan və Malta yığmaları arasında yoldaşlıq oyunu başlayıb Azərbaycan və Malta yığmalarının start heyətləri Azərbaycan: Emil Balayev, Anton Krivotsuk, Bədavi Hüseynov, Elvin Bədəlov, Qismət Əliyev, Elvin Cəfərquliyev, Aleksey İsaev, Emil Səfərov, Mahir Əmrəli, Toral Bayramov, Xəyal Əliyev Malta: Rashed Al Toumi, Juan Corbalan, Enrico Pepe, Kurt Shaw, Alejandro Garcia, Alexandre Satariano, Matthew Guillaumier, Keyon Ewurum, Teddy Theuma, İlyas Chouaref, Andrea Zammit Bu gün Bakı vaxtı ilə saat 22:00-da Macarıstanın Sombathely şəhərində Azərbaycan və Malta futbol komandaları arasında yoldaşlıq oyunu başlayacaq Qarşılaşmanı Mihali Kapralinin rəhbərlik etdiyi Macarıstandan olan hakimlər briqadası idarə edəcək Tarix boyu Azərbaycan və Malta yığmaları 9 dəfə üz-üzə gəlib. Komandamız iki, maltalılar dörd qələbə qazanıb. Üç heç-heçə qeydə alınıb. Ümumi top fərqi 14:9 Maltanın xeyrinədir Rəqiblər əvvəllər heç vaxt neytral ərazidə oynamayıblar. Altı qarşılaşma Maltada, üçü Bakıda baş tutub Azərbaycan millisi 2013-cü ilin avqustunda yoldaşlıq oyununda (3:0), 2015-ci ilin martında isə 2016-cı il Avropa çempionatının seçmə oyununda (2:0) adalıları məğlub etməyi bacarıb. Hər iki qələbə Bakıda qazanılıb. Həmin vaxt baş məşqçilər müvafiq olaraq Berti Foqts və Robert Prosineçki idi Azərbaycan və Malta bir-biri ilə dörd rəsmi görüş keçirib. Azərbaycan yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatan yuxarıda qeyd olunan oyundan əlavə, komandalar 2015-ci ildə Maltada heç-heçə oynamışlar - 2:2. 2018-ci ildə isə Azərbaycan millisinə Qurban Qurbanovun rəhbərlik etdiyi vaxtda rəqiblər Millətlər Liqası çərçivəsində iki görüş keçirib. Hər iki görüş 1:1 hesabı ilə başa çatıb Azərbaycan və Malta arasında sonuncu oyun 2022-ci ilin martında Maltada keçirilib və ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0 Beləliklə, Azərbaycan komandası 11 ildən çoxdur ki, ada komandasına qalib gəlmir. Bir vaxtlar Foqts və Prosineçkanın etdiyini, Qurban Qurbanovun isə bacarmadığını Ayxan Abbasov edə biləcəkmi?

Kaynak: haqqin.az

Diğer Haberler