Tenqri
Ana Səhifə
Dünya

Belqorod vilayətində avtobusa hücum: ölənlər var

Rusiyanın Belqorod vilayətinin Voznesenovka kəndində Ukrayna Silahlı Qüvvələrinin (AFU) sərnişin avtobusuna hücumu nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb. Bu barədə aprelin 29-da vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib "Onlar Şebekinski rayonunun Voznesenovka kəndində sərnişin av

0 baxışhaqqin.az
Belqorod vilayətində avtobusa hücum: ölənlər var
Paylaş:

Rusiyanın Belqorod vilayətinin Voznesenovka kəndində Ukrayna Silahlı Qüvvələrinin (AFU) sərnişin avtobusuna hücumu nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb. Bu barədə aprelin 29-da vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib "Onlar Şebekinski rayonunun Voznesenovka kəndində sərnişin avtobusunu hədəfə alıblar. Üç qadın aldığı xəsarətlərdən yerindəcə ölüb. <...> Səkkiz yaralı Şebekinski Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb", - o, Telegram kanalında yazıb Qladkov əlavə edib ki, zərərçəkənlərdən ikisinin vəziyyəti ağırdır. Kişiyə başın nüfuz edən yaraları, beyin əzilməsi, qarın nahiyəsinin qəlpə yaraları, qollarının açıq sınığı diaqnozu qoyulub. Yaralı qadının başında, qollarında və ayaqlarında çoxsaylı kor qəlpə yaraları var. Onlar rayon klinik xəstəxanasına çatdırılıblar Daha beş zərərçəkən Belqoroddakı 2 saylı xəstəxanaya aparılıb. Onların arasında qol və ayaqlarından qəlpə yaraları olan dörd kişi və döş qəfəsindən yaralanan qadın da var. Sonuncu, səkkizinci yaralı Şebekinski Mərkəzi Rayon Xəstəxanasında (MRX) ayağından əməliyyat olunur

Kaynak: haqqin.az

Diğer Haberler