Tenqri
Ana Səhifə
Dünya

Otuz il əvvəl qətl: iş məhkəməyə verildi

Gülməmməd Bayramovun 1996-cı ilin aprelində Bakıda qətlə yetirilməsi ilə bağlı Baş Prokurorluq istintaqı yekunlaşdırıb Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri z

0 baxışhaqqin.az
Otuz il əvvəl qətl: iş məhkəməyə verildi
Paylaş:

Gülməmməd Bayramovun 1996-cı ilin aprelində Bakıda qətlə yetirilməsi ilə bağlı Baş Prokurorluq istintaqı yekunlaşdırıb Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri zamanı cinayəti törətməkdə şübhəli bilinən Şahin Cəlilov və Hidayət Qafarovun şəxsiyyətləri müəyyən edilib. Qeyd olunur ki, həmin şəxslər metronun “Neftçilər” stansiyasından bir qədər aralıda taksi sürücüsü işləyən Bayramovun avtomobilinə əyləşərək, Qaraçuxur kəndinə gedərkən eqoist məqsədlərlə onu kəndirlə boğublar. Cinayətin izlərini gizlətmək üçün meyiti beton boruda gizlədiblər və avtomobili hissə-hissə söküb satıblar. Şübhəlilər əldə etdikləri gəlirləri öz aralarında bölüblər ki, bu da işdə olan dəlillərdən də görünür Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə yerindəcə dəlillər yoxlanılarkən Bayramovun meyitinin qalıqları aşkar edilib 2026-cı il aprelin 22-də Cəlilov və Qafarov 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

Kaynak: haqqin.az

Diğer Haberler