UŞAQLIĞIN İŞIĞINDA YAŞAYAN SÖZ
Zamanla mənə elə gəlir ki, ədəbiyyat bir səsdir. Elə bir səs ki, illər keçir, zaman dəyişir, amma o dəyişmir, sadəcə insan onu daxilində fərqli eşitməyə başlayır Bizim uşaqlığımızın səsi isə çox zaman bir nağılın içindən gəlirdi. O nağıllar təkcə nə oxunurdu, nə də yalnız yadda qalırdı. Onlar bizim

Zamanla mənə elə gəlir ki, ədəbiyyat bir səsdir. Elə bir səs ki, illər keçir, zaman dəyişir, amma o dəyişmir, sadəcə insan onu daxilində fərqli eşitməyə başlayır Bizim uşaqlığımızın səsi isə çox zaman bir nağılın içindən gəlirdi. O nağıllar təkcə nə oxunurdu, nə də yalnız yadda qalırdı. Onlar bizim içimizdə yaşayırdı Əksəriyyətimiz onun şeirləri ilə böyümüşük. Birimiz “Ay pipiyi qan xoruz” deyib dalınca qaçmışıq, digərimiz “Ala-bula boz keçi” deyib buynuzundan yapışmaq üçün onu qovmuşuq. Həccə gedən tülküyə sadəlövhcəsinə inanmışıq, saçı unuz suraq xanımı su çuxurundan çıxarmağa tələsmişik. Bəhs edən ağacların mübahisəsinə qulaq asıb onlara gülmüşük, gözəl güləm deyib öyünən qərənfili dərib döşümüzə taxmışıq. Zaman keçib, bizlər böyümüşük, lakin həmin şeirlər elə uşaqlığında da qalıb, hansı ki, bu gün körpələrimiz hələ də onlarla dil açır Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, şair, yazışı, dramaturq, tərcüməçi, “Mən şairliyimdən ziyadə müəllimliyimlə fəxr edirəm” deyən Abdulla Şaiqin bu il 145 illiyidir. Abdulla Şaiq mənim üçün təkcə uşaqlığımdan yadigar qalan şeirlərin müəllifi deyil, təməli onun ocağında qoyulan və yarım əsrdən çox davam edəm bir dostluğun ünvanıdır O, təkcə yazıçı deyildi. Abdulla Şaiq uşaqlığın müəllimi idi... Abdulla Şaiq sözün də, ruhun da müəllimi idi. Onun qələmindən süzülən dünya daha sadə, daha saf görünürdü. Amma o sadəliyin arxasında gizlənən hikməti görməmək mümkün deyildi. Abdulla Şaiqin ömrü, yaradıcılığı elə bir dövrə təsadüf edib ki, orada söz dəyərini susqunluğun içində yaşayıb. Çətin zamanların içində belə, o, uşaqlar üçün yazdı, yaratdı, çünki yaxşı bilirdi ki, bu balaların içində gələcək böyüyür Ədibin qəhrəmanları bəzən heyvan olurdu, bəzən uşaq, bəzən də sadə, sıradan bir insan. Lakin onların hamısını birləşdirən bir hiss vardı – səmimiyyət. Və bu səmimiyyət oxucuya heç də yad görünmürdü, çünki o, həyatın içindən gəlirdi. Bəlkə elə bu səbəbdəndir ki, Abdulla Şaiq yaradışılığına üz tutan oxucu özünü daha rahat hiss edir, sanki içində itirdiyi nəyi isə tapır. Bəlkə də tapdığı özünün uşaqlığıdır Abdulla Şaiq ədəbiyyata sadəcə əsərlər vermədi. O, zamanın sərt üzünə baxmayaraq, insanları yumşaltmağı bacaran bir ruh verdi. Bu gün bildiklərimiz çox olsa da, hiss etdiklərimiz az olur. Abdulla Şaiqin əsərləri bizə hiss etməyi, sadə bir hekayənin içində həqiqətləri görməyi öyrətdi. Onun yaratdığı obrazlar bu gün də yaşayır. Ona görə ki, bu obrazlar kağız üzərində yaransalar da, insanların yaddaşında özlərinə yer tapa bilib. Bir uşaq hər dəfə onun hekayəsini oxuyanda, şeirini əzbər söyləyəndə bu yaddaş yenidən doğulur. Və bəlkə də ədibin ən böyük xidməti də elə budur – insanın içindəki uşağı unutmağa qoymamaq Dünən Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında Abdulla Şaiqin 145 illiyinə həsr olunmuş tədbirə qatılanlar Şaiq dünyasının ziyasından bir daha nurlandılar, onun sözlərinin zamanın sərt sınaqlarından keçərək, bu günə necə saf və tam çatdığını duydular, bir vaxtlar uşaqlıqdan gələn o tanış səsin əslində heç vaxt susmadığını anladılar. Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında Abdulla Şaiq yaradıcılığının dövrümüzün ədəbi mühitində vacib və aktual bir irs olduğunu vurğuladı. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında maraqlı məqamlara toxunraq dedi ki, mən Şaiq əfəndini görmüşdüm... və fəxr edirəm ki, “Cavid ömrü” filmimdə onun ilk və yeganə obrazını mən yaratmışam. Şaiq əfəndinin bir vətəndaş olaraq cəsarətli addımı tarixi hadisə kimi filmdə əks olunub. Tədbirinin aparıcısı ədəbiyyatşünas Əsəd Cahangir, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutnun professorları Bədirxan Əhmədov, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Asif Rüstəmli, fillogiya üzrə fəlsəfə doktorları Aygün Bağırova, Arzu Hacıyeva, professor, yazıçı Zahid Xəlil, Əməkdar elm xadimi Fərrux Rüstəmov çıxışlarında Abdulla Şaiq yaradıcılığının Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən, uşaq ədəbbiyyatı sahəsində yaratdığı əsərlərin təkcə bir dövr üçün deyil, nəsillərin yaddaşına hopan mənəvi sərvətə çevrildiyi, sadəliyin içində gizlənən böyük həqiqətlərin uşaqların qəlbinə incəliklə ötürülərək, onların dünyagörüşünün formalaşmasında mühüm rol oynadığı xüsusi olaraq vurğulandı. Tədbir ərzində Bakı şəhəri 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Çiçəyim” uşaq teatrının, Abdulla Şaiqin Mənzil-Muzeyinin nəzdində “Vətən” Uşaq-yaradıcılıq dərnəyinin üzvləri Şaiq yaradıcılığından nümnələrlə tədbir iştirakşılarının qarşısında çıxış etdilər. Sonda Şaiq ocağıının varisi, Əməkdar Mədəniyyət İşçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə çıxışında vurğuladı ki, belə tədbirlər böyük ədibin irsinin yaşadılmasında mühüm rol oynayır. Şaiq sözünün hələ də insanları bir araya gətirən mənəvi körpü olduğunu qeyd edərək tədbirin təşkilində əməyi keçən, iştirak edən hər kəsə minnətdarlığını bildirdi Bəzən bir yazıçını anmaq, tək onu xatırlamaq deyil, onun yaratdığı, özündən sonra qoyub getdiyi dünyaya qayıtmaqdır. Dünənki tədbir məhz belə bir qayıdış idi. Abdulla Şaiq irsi bir daha sübut etdi ki, əsl söz zamanla heç də köhnəlmir, əksinə gələn hər bir nəsildə yeni mənaya çevrilir. Onun qələmi ilə yazılanlar bu gün də içimizdə sakit və davamlı işıq kimi yanır


