Tenqri
Ana Səhifə
Dünya

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif edilən yeni dəyişiklik yetkinlik yaşına çatmayanların onlayn mühitdəki təhlükəsizliyini təmin etmək və fərdi məlumatların qanunsuz işlənilməsinin qarşısını almaq məqsədi daşıyan mühüm hüquqi tənzimləmədir. 16 yaş

0 baxışazertag.az
Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH
Paylaş:

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif edilən yeni dəyişiklik yetkinlik yaşına çatmayanların onlayn mühitdəki təhlükəsizliyini təmin etmək və fərdi məlumatların qanunsuz işlənilməsinin qarşısını almaq məqsədi daşıyan mühüm hüquqi tənzimləmədir. 16 yaş limitinin müəyyən edilməsi qlobal rəqəmsal təhlükəsizlik standartlarına tamamilə uyğundur və uşaqların rəqəmsal mühitdəki risklərdən qorunması baxımından preventiv mexanizm rolu oynayır Bu fikirləri AZƏRTAC-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov bildirib Ekspert qeyd edib ki, qanun layihəsinin praktik icrası prosesində provayderlər tərəfindən tətbiq ediləcək nəzarət mexanizmləri, ilk növbədə, platformalarda qeydiyyatdan keçən şəxslərin real yaş göstəricilərinin müəyyən edilməsi və məlumatların daxili yoxlama sistemləri vasitəsilə çarpaz şəkildə doğrulanması üzərində qurulmalıdır. Bu yanaşma yetkinlik yaşına çatmayanların yaş həddini manipulyasiya edərək platformalara daxil olmasının qarşısını almaq üçün ilkin qoruma qatı formalaşdırır. Sonrakı mərhələdə isə istifadəçinin sistemdəki statusunu tam dəqiqləşdirmək məqsədilə fərqli platforma xüsusiyyətlərinə uyğun olaraq müəyyən məhdudiyyət və təsdiqləmə üsulları ardıcıl olaraq tətbiq edilir Elvin Abbasov qeyd edib ki, qanun layihəsində yaşın təsdiqlənməsi məqsədilə bank kartı, mobil telefon nömrəsi və elektron poçt vasitəsilə yoxlama mexanizmlərinin nəzərdə tutulması beynəlxalq praktikada istifadə olunan çoxmərhələli identifikasiya üsullarına uyğundur. Ekspertin fikrincə, bu mexanizmlər yalnız yaş məhdudiyyətinin təmin edilməsinə deyil, həm də saxta hesabların sayının azaldılmasına və istifadəçi autentifikasiyasının gücləndirilməsinə xidmət edə bilər. “Burada əsas məsələ toplanan məlumatların təhlükəsiz saxlanılması və emal olunmasıdır. Platformalar fərdi məlumatların mühafizəsi üzrə qanunvericiliyin tələblərinə ciddi əməl etməli, məlumat sızmalarının qarşısını almaq üçün müasir kibertəhlükəsizlik həllərindən faydalanmalıdırlar”, – deyə E.Abbasov bildirib Onun sözlərinə görə, qanun layihəsində 16-18 yaşlı istifadəçilər üçün nəzərdə tutulan valideyn nəzarəti mexanizmləri də uşaqların daha təhlükəsiz rəqəmsal mühitdə fəaliyyət göstərməsinə şərait yarada bilər. “Valideynlər övladlarının hansı məzmunla qarşılaşdığını, platformalarda nə qədər vaxt keçirdiyini və hansı reklamlarla təmasda olduğunu izləyə biləcəklər. Bununla yanaşı, nəzarət mexanizmlərinin uşaqların şəxsi məkanına həddindən artıq müdaxilə etməyəcək formada qurulması vacibdir”, – deyə ekspert əlavə edib E.Abbasov hesab edir ki, yeni tənzimləmələr Azərbaycanda uşaqların rəqəmsal hüquqlarının qorunması, təhlükəsiz internet mühitinin formalaşdırılması və məsuliyyətli rəqəmsal davranış mədəniyyətinin inkişafı istiqamətində mühüm addım olacaq. “Bu cür tənzimləmələrin daxili rəqəmsal infrastruktura ləngimə yaratmadan, qüsursuz və çevik şəkildə inteqrasiya olunması, həm istifadəçi təhlükəsizliyinin qorunması, həm də rəqəmsal mühitdə hüquqi normaların effektiv tətbiqi baxımından yaxın dövrün əsas hədəflərindən biri olacaq”, – deyə ekspert vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler