Tenqri
Ana Səhifə
Dünya

Uşaqlarımızı səssizcə itiririk - Bütün valideynlər OXUSUN

Sosial şəbəkələr böyüklər üçün hazırlanıb Son 10-15 ildə aparılan çoxsaylı tədqiqatlar göstərir ki, sosial şəbəkələrdən həddindən artıq istifadə uşaq və yeniyetmələrdə diqqət problemləri, yuxu pozuntuları, narahatlıq, depressiv simptomlar, özünəinam problemləri və sosial müqayisələrin artması ilə ə

0 baxışmodern.az
Uşaqlarımızı səssizcə itiririk - Bütün valideynlər OXUSUN
Paylaş:

Sosial şəbəkələr böyüklər üçün hazırlanıb Son 10-15 ildə aparılan çoxsaylı tədqiqatlar göstərir ki, sosial şəbəkələrdən həddindən artıq istifadə uşaq və yeniyetmələrdə diqqət problemləri, yuxu pozuntuları, narahatlıq, depressiv simptomlar, özünəinam problemləri və sosial müqayisələrin artması ilə əlaqəlidir. Əlbəttə, sosial şəbəkələr birbaşa depressiya yaratmır. Lakin psixoloji həssaslığı olan uşaqlarda risk faktorlarından biri kimi çıxış edə bilir. Ən vacib məqamlardan biri budur ki, sosial şəbəkələr böyüklər üçün hazırlanmış platformalardır. Bu platformaların əsas məqsədi uşağın inkişafını dəstəkləmək deyil, istifadəçinin mümkün qədər uzun müddət ekranda qalmasını təmin etməkdir. Bir çox hallarda uşağın beyni ilə milyardlarla dollar investisiya edilmiş alqoritmlər arasında qeyri-bərabər bir mübarizə yaranır. Təbii ki, bu mübarizə zamanı uşağın beynində bir sıra dəyişikliklər yaranır, beyin hüceyrələri - neyronlar tələf olur, aralarındakı əlaqələr dəyişir. Nəticədə "zərərçəkmiş bir beyin" formalaşır. Uşaqlar kimi, yeniyetmələr də ekran məruziyyətinə və sosial şəbəkələrə çox həssasdır. Bunun səbəbi yeniyetmə beyninin inkişaf xüsusiyyətləridir. Beynin impulslara nəzarət edən, qərarvermə və nəticələri qiymətləndirmə ilə əlaqəli prefrontal korteksi tam şəkildə təxminən 20 yaşların ortalarına qədər inkişaf edir. Mükafat və həzz sistemləri isə daha erkən aktivləşir. Nəticədə yeniyetmə beynində ani mükafata yüksək həssaslıq, bəyənilmək ehtiyacının artması və sosial təsdiq axtarışı formalaşır. Belə yeniyetmələrdə riskli davranışlara meyllilik və uzunmüddətli nəticələri kifayət qədər qiymətləndirə bilməmək müşahidə olunur. "Sənə bir nəfər like atdı", "sənə mesaj gəldi", "videon izlənildi" kimi bildirişlər beyində dofamin sistemi ilə əlaqəli reaksiyalar yarada bilir. Dofamin sistemi beynin mükafat mərkəzinin aktiv maddəsidir. Sanki yeniyetmənin beyni bu "xoşbəxtlik gətirən bildirişlərdən asılı olur". Digər tərəfdən də FOMO (fear of missing out) dediyimiz hansısa bildirişdən, trenddən, yenilikdən xəbərsiz qalma qorxusu başlayır. Məhz buna görə də sosial şəbəkə istifadəsi böyüklərlə müqayisədə yeniyetmələr üçün daha güclü təsir göstərə bilir 16 yaş həddinin problemi həll edəcəkmi? "APAK, 16 yaş həddinin problemi həll edəcəkmi?" sualını qarşıya qoyur və cavab olaraq bildirir ki, burada situasiya bir qədər mürəkkəbdir. Əgər məqsəd bütün problemləri həll etməkdirsə, o zaman 16 yaş həddi bunun öhtəsindən gələ bilmək gücündə deyil. Əgər məqsəd riski azaltmaqdırsa, o zaman müəyyən müsbət nəticələr əldə edilə bilər. Araşdırmalar və gerçəklik onu göstərir ki, heç bir texnoloji qadağa təkbaşına problemi aradan qaldırmayıb. Uşaqlar müxtəlif yollarla məhdudiyyətləri keçə bilirlər. Saxta hesablar, yanlış yaş məlumatları və alternativ platformalar bunun qarşısını tam almağı çətinləşdirir. Lakin yaş məhdudiyyətləri başqa bir vacib funksiyanı yerinə yetirir. Onlar cəmiyyətə mesaj verir. Necə ki, avtomobil sürmək, nikah bağlamaq və ya müəyyən hüquqlardan istifadə etmək üçün yaş həddi mövcuddur, sosial media istifadəsinin də inkişaf psixologiyası baxımından müəyyən yaş məhdudiyyətlərinə ehtiyac duyduğu fikri formalaşır. Odur ki, ümumən müzakirə yalnız "13 yaş olsun, yoxsa 16 yaş?" səviyyəsində qalmamalıdır Uşaq gündə neçə saat ekrandadır? Daha vacib suallar var, uşaq gündə neçə saat ekrandadır? Gecələr telefonla yatırmı? Sosial şəbəkələrdən necə istifadə edir? Real dostluqları varmı? İdmanla məşğul olurmu? Ailə ilə keyfiyyətli vaxt keçirirmi? Onlayn zorakılığa məruz qalırmı? Bunlar çox vacib və diqqət verməli olduğumuz məqamlardır. Çünki gündə 30 dəqiqə sosial şəbəkədə olan bir yeniyetmə ilə gündə 7-8 saatını ekranda keçirən yeniyetmənin riski eyni deyil. Bəzən problem platformanın özü deyil, uşağın həyatında alternativ fəaliyyətlərin olmamasıdır Uşağın yeganə əyləncəsi telefondursa, nəticə olmayacaq Onuda mütləq qeyd etməliyik ki, bir çox valideynlər texnologiyanı problem kimi görürlər. Əslində problem çox vaxt texnologiyanın özü deyil, nəzarətsiz və məqsədsiz istifadəsidir. Əgər uşağın yeganə əyləncəsi telefon, yeganə dostu sosial şəbəkə, yeganə rahatlaşma üsulu isə sonsuz videolar izləməkdirsə, burada artıq psixoloji risklər yaranmağa başlayır. Uşağın həyatında sosial şəbəkələrdən daha maraqlı alternativlər yoxdursa, heç bir qadağa uzunmüddətli nəticə verməyəcək

Kaynak: modern.az

Diğer Haberler