"Uşaqlar və Hüquq" kitabının təqdimat mərasimi keçirilib
"Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" kitabının təqdimat mərasimi keçirilib "Report" xəbər verir ki, kitabın müəllifi Abil Bayramov vəsaitin 9 fəsildə cəmləşən 88 dərsdən ibarət olduğunu diqqətə çatdırıb "Birinci fəsil uşaqların konstitusion

"Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" kitabının təqdimat mərasimi keçirilib "Report" xəbər verir ki, kitabın müəllifi Abil Bayramov vəsaitin 9 fəsildə cəmləşən 88 dərsdən ibarət olduğunu diqqətə çatdırıb "Birinci fəsil uşaqların konstitusion hüquqlarına həsr olunub", - o deyib və əlavə edib ki, digər fəsillərdə isə hüquqi davranış qaydaları, təhsil hüququ, sağlamlıq və tibbi xidmət hüququ, mülki hüquqlar, ailə hüququ, əmək hüquqları, kibertəhlükəsizlik və hüquqi məsuliyyət mövzuları əhatə edilib Fəsillər hazırlanarkən uşaqlar üçün aktual olan məsələlərin əks etdirilməsinə xüsusi diqqət yetirilib: "Məqsədimiz onun yalnız məlumat verən bir vəsait kimi deyil, həm də uşaqlarda düşünmə bacarıqlarını inkişaf etdirən bir resurs kimi formalaşdırılmasıdır" Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov da "Uşaqlar və Hüquq" kitabının mövcud boşluğu doldurmaq üçün atılmış ilk və çox əhəmiyyətli addım olduğunu vurğulayıb: "Bu kitab uşaqlara hüququ öyrətməyi hədəfləyir. Uşaqların hüquq qarşısında özlərini ifadə etmə imkanları məhduddur, sistemin dili onlar üçün anlaşılmaz ola bilir, psixoloji baxımdan bu proseslər son dərəcə ağır gəlir. Məhz vəkilin də birinci vəzifəsi bu maneələri aradan qaldırmaq, onun danışa bilməyəcəyini düşündüyü anlarda onun səsi olmaqdır. Vəkillər Kollegiyası da bu məsuliyyəti dərindən dərk edir" "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatı zamanı təhsilin idarə olunması üzrə fəlsəfə doktoru Qoşqar Məhərrəmov hüquqi məsuliyyət barədə sorğunun nəticələrinə əsasən, yeniyetmələrin 59,9 faizi hüquqi məsuliyyət haqqında yalnız qismən məlumatlı olduğunu və ya ümumiyyətlə məlumatının olmadığını bildirib: "Bu göstərici yeniyetmələrin əhəmiyyətli hissəsinin hüquq pozuntularının nəticələri və hüquqi məsuliyyət mexanizmləri barədə kifayət qədər məlumatlı olmadığını göstərir. Konstitusion hüquqlar haqqında bilik səviyyəsinin sorğu iştirakçılarının isə 45,99 faizi Konstitusiya ilə təsbit olunan hüquqlarını tam və ya kifayət qədər bilmədiyini qeyd edib. Nəticələr göstərir ki, hüquqi maarifləndirmənin əsasını təşkil edən Konstitusiya barədə məlumatlar yeniyetmələrə yetərincə çatdırılmır. Bu isə yalnız hüquqların deyil, həm də vəzifələrin, məsuliyyət anlayışının və qanunlara hörmət mədəniyyətinin mənimsənilməsində müəyyən boşluqların mövcud olduğunu ortaya qoyur" Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov Azərbaycanda uşaqların təhlükəsizliyini təmin etmək üçün müxtəlif layihələrin irəli sürüdüyünü deyib: "Yaxşı kitab yazmaq və auditoriyaya uyğun dərslik hazırlamaq, xüsusilə də uşaqlara yönəlmiş dərsliklərin tərtibi olduqca kritik və mühüm bir məsələdir. Keyfiyyətli dərs kitablarına həqiqətən böyük ehtiyac var. Bu istiqamətdə atılan addımlar və seçilən üslub ümumilikdə uğurludur" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


