Tenqri
Ana Səhifə
Dünya

Uşaqlar üçün məhdudiyyətlərin tətbiq edildiyi platformaların siyahısı yaxın vaxtlarda təqdim olunacaq

16 yaşına qədər olan uşaqlar üçün müəyyən məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Bu, ümumi qadağaların və ya tam məhdudiyyətlərin tətbiqi demək deyil Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov söyləyib O bildirib ki, söhbət yalnız müəyyən platformalardan gedir

0 baxışazertag.az
Uşaqlar üçün məhdudiyyətlərin tətbiq edildiyi platformaların siyahısı yaxın vaxtlarda təqdim olunacaq
Paylaş:

16 yaşına qədər olan uşaqlar üçün müəyyən məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Bu, ümumi qadağaların və ya tam məhdudiyyətlərin tətbiqi demək deyil Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov söyləyib O bildirib ki, söhbət yalnız müəyyən platformalardan gedir. Həmin platformaların siyahısı yaxın vaxtlarda aidiyyəti qurumlar tərəfindən təqdim ediləcək. Çünki bütün platformalar zərərli deyil. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə müxtəlif məqsədlər üçün istifadə olunan platformalar mövcuddur. Lakin müşahidələr göstərir ki, bəzi platformalarda uşaqların həddindən artıq aktivliyi onlarda rəqəmsal asılılığın formalaşmasına səbəb olur “Rəqəmsal asılılıq təkcə kibercinayətkarlıq və digər mənfi hallarla məhdudlaşmır, eyni zamanda, uşaqların psixoloji vəziyyətinə də ciddi mənfi təsir göstərir”, - deyə deputat əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler