Uşaq Filarmoniyasında “Nağılılar aləminə səyahət” adlı konsert təşkil edilib
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Nağılılar aləminə səyahət” adlı konsert təşkil edilib Uşaq Filarmoniyasından AZƏRTAC-a bildiriblər ki, musiqili-poetik tədbir beynəlxalq və milli müsabiqələr laureatı, caz və estrada vokalisti, Georgi Şaroyev adına 35 nömrəli musiqi məktəbinin fortepiano müə

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Nağılılar aləminə səyahət” adlı konsert təşkil edilib Uşaq Filarmoniyasından AZƏRTAC-a bildiriblər ki, musiqili-poetik tədbir beynəlxalq və milli müsabiqələr laureatı, caz və estrada vokalisti, Georgi Şaroyev adına 35 nömrəli musiqi məktəbinin fortepiano müəllimi Günel Hacıyeva və müəllim, “Gənc şairlər” uşaq ədəbi layihəsinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Yazıçılar Təşkilatının (WOW) üzvü Lalə Həsənova tərəfindən təşkil olunub Konsert proqramında otuz beş istedadlı uşaq iştirak edib Lalə Həsənova və Günel Hacıyeva qonaqlara salamlama nitqi ilə müraciət ediblər. Onlar layihəyə verdiyi dəstəyə görə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağızadəyə səmimi minnətdarlıqlarını bildiriblər Gənc ifaçılar tamaşaçılar qarşısında nağıl və cizgi filmi personajlarına bənzər parlaq geyimlərdə çıxış ediblər. Tədbirin sonunda bütün iştirakçılara konsert proqramında fəal iştiraklarına görə təşəkkürnamələr təqdim edilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


