Tenqri
Ana Səhifə
Dünya

Uşaq evlərinin sakinləri üçün xüsusi rəqs məşğələləri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1, 2 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrinin sakinləri üçün “Tanıma və güvən” layihəsi çərçivəsində rəqs məşğələləri təşkil olunub Bu barədə APA-ya ƏƏSMN-dən məlumat verilib Bildirilib ki, valideyn h

0 baxışapa.az
Uşaq evlərinin sakinləri üçün xüsusi rəqs məşğələləri keçirilib
Paylaş:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1, 2 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrinin sakinləri üçün “Tanıma və güvən” layihəsi çərçivəsində rəqs məşğələləri təşkil olunub Bu barədə APA-ya ƏƏSMN-dən məlumat verilib Bildirilib ki, valideyn himayəsindən məhrum olmuş 4-7 yaş arası 20 uşağı əhatə edən layihənin məqsədi uşaqların özünüifadə bacarıqlarının, sosial ünsiyyətinin, özgüvən hissinin və emosional inkişafının dəstəklənməsidir "Proqram çərçivəsində uşaqlarla idman, milli, bal və müasir rəqs elementlərini özündə birləşdirən məşğələlər keçirilib Layihənin müəllifi və rəhbəri idman ustası, peşəkar rəqqas və pedaqoq Ruslan Tolmaçov məşğələlər zamanı uşaqlarda ritm duyumu, koordinasiya, komanda işi, səhnə davranışı və yaradıcı düşüncə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində müxtəlif interaktiv fəaliyyətlər həyata keçirib “Tanıma və güvən” layihəsinin davam etdirilməsi nəzərdə tutulub", - məlumatda qeyd olunub

Kaynak: apa.az

Diğer Haberler