Uşaq evinin sakinləri İtaliyada keçirilən rəsm sərgisində iştirak ediblər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri İtaliyada “Palazzo Mandrilli” Qalereyasında keçirilən “Mənim dünyam” adlı rəsm sərgisində iştirak ediblər Bildirilib ki, ümumilikdə 5 sakinin qatıldığı sər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri İtaliyada “Palazzo Mandrilli” Qalereyasında keçirilən “Mənim dünyam” adlı rəsm sərgisində iştirak ediblər Bildirilib ki, ümumilikdə 5 sakinin qatıldığı sərgidə ümumilikdə 60-a yaxın uşağın əl işləri nümayiş olunub. Sərgi iştirakçıların yaradıcılıq potensialının üzə çıxarılması, onların incəsənətə marağının təşviq edilməsi, eləcə də müxtəlif ölkələrdən olan iştirakçılar arasında mədəni mübadilənin gücləndirilməsi məqsədi daşıyıb Tədbir çərçivəsində uşaqlar müxtəlif rəsm nümunələri ilə yaxından tanışlıq imkanı əldə ediblər. Nümayiş olunan əsərlər ziyarətçilər tərəfindən maraqla qarşılanıb Sərgidə 10 rəsm əsəri ilə təmsil olunan müəssisə sakinləri sertifikatlarla təltif olunublar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


