Təyyarədə qorxulu anlar! Portativ şarj cihazı alovlandıqdan sonra sərnişinlər təxliyə edilib
Hadisə Ankara Esenboğa hava limanında baş verib. Təyyarə sərnişin götürmə əməliyyatını tamamlayaraq havaya qalxma prosedurlarını yerinə yetirmək üçün uçuş-enmə zolağına doğru hərəkət edərkən salonda gözlənilməz vəziyyət yaranıb. Sərnişinlərdən olan 19 yaşlı T.T.-yə məxsus əl yükündəki portativ şarj

Hadisə Ankara Esenboğa hava limanında baş verib. Təyyarə sərnişin götürmə əməliyyatını tamamlayaraq havaya qalxma prosedurlarını yerinə yetirmək üçün uçuş-enmə zolağına doğru hərəkət edərkən salonda gözlənilməz vəziyyət yaranıb. Sərnişinlərdən olan 19 yaşlı T.T.-yə məxsus əl yükündəki portativ şarj cihazından qəfil tüstü çıxmağa başlayıb Baqajdan tüstü çıxdığını görən təyyarənin pilotu dərhal hərəkətə keçib. Pilot radio vasitəsilə Esenboğa Hava Hərəkəti İdarəetmə Qülləsi ilə əlaqə saxlayıb və kabinədəki təhlükəli vəziyyəti səlahiyyətlilərə çatdırıb. Bu sırada şarj cihazının yaratdığı kiçik yanğına müdaxilə edilib və alov qısa müddətdə söndürülüb Yanğının söndürülməsi ilə eyni vaxtda təhlükəsizlik tədbirləri çərçivəsində təyyarədəki bütün sərnişinlər təxliyə edilib. Hadisənin ardından hava limanı polis qrupları məsələ ilə bağlı araşdırma başlatdı Polis qrupları ilkin araşdırmalar nəticəsində yanan şarj cihazının sahibi sərnişin T.T.-ni saxlayıb Mənbə: Anadolu Agentliyi


