Şuşada yağış və çirkab sularının təmizlənməsi qurğusu gələn il istifadəyə veriləcək VİDEO
Şuşada yağış və çirkab sularının təmizlənməsi qurğusu gələn il istifadəyə veriləcək AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Xankəndiyə təşkil etdiyi mediatur çərçivəsində Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlha
Şuşada yağış və çirkab sularının təmizlənməsi qurğusu gələn il istifadəyə veriləcək AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Xankəndiyə təşkil etdiyi mediatur çərçivəsində Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev jurnalistlərə açıqlamasında deyib İ.Quliyev bildirib ki, Şuşa şəhərində yağış və çirkab sularının yığılması və təmizlənməsi üçün nəzərdə tutulan qurğunun tikintisi davam edir. Yağış suları 1200 millimetrlik borular vasitəsilə toplanaraq təmizləyici sistemə yönləndiriləcək. Çirkab suları isə 600 millimetrlik borularla xüsusi təmizləyici qurğuya ötürüləcək. Burada normativ tələblərə uyğun təmizlənən sular daha sonra Qarqarçaya axıdılacaq. Hazırda obyektin ərazisində tikinti-quraşdırma işləri intensiv şəkildə davam etdirilir Layihənin gələn il istifadəyə verilməsi nəzərdə tutulur 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


