Şuşada TDT-nin dini qurum rəhbərlərinin Birinci görüşünün yekun kommünikesi imzalanıb - FOTO
Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşünün yekununda kommünike imzalanıb APA-nın Qarabağ bürosunun xəbərinə görə, 11 bənddən ibarət sənəddə dövlət-din münasibətlərinin dünyəvilik prinsipləri əsasında

Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşünün yekununda kommünike imzalanıb APA-nın Qarabağ bürosunun xəbərinə görə, 11 bənddən ibarət sənəddə dövlət-din münasibətlərinin dünyəvilik prinsipləri əsasında inkişaf etdirilməsi, dini sahədə təcrübə mübadiləsinin genişləndirilməsi, dini təhsil sahəsində əməkdaşlığın inkişafı, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, ailə institutunun möhkəmləndirilməsi, rəqəmsal informasiya mühitində dini maarifləndirmənin gücləndirilməsi ilə bağlı müddəalar öz əksini tapıb Kommünikedə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tarixi-dini və mədəni irsin bərpasına dəstək ifadə olunub, türk coğrafiyasında məzhəblərarası anlaşmanın və İslam həmrəyliyinin təşviqi, Türk-İslam mədəni irsinin beynəlxalq səviyyədə təbliği, dini radikalizm, ekstremizm, terrorizm, islamofobiya və digər destruktiv təzahürlərə qarşı birgə mübarizənin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb Bununla yanaşı, tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan hökumətinə və Türk Dövlətləri Təşkilatının Katibliyinə minnətdarlıq ifadə edilib TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin növbəti görüşü 2027-ci ildə Qazaxıstan Respublikasında keçiriləcək


