Şuşa Bəyannaməsi: Türk dünyasının geosiyasi gələcəyini müəyyən edən sənəd
"2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” təkcə iki qardaş dövlət arasında münasibətlərin hüquqi-siyasi çərçivəsini müəyyən ed

"2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” təkcə iki qardaş dövlət arasında münasibətlərin hüquqi-siyasi çərçivəsini müəyyən edən sənəd deyil, həm də XXI əsrdə Türk dünyasının strateji gələcəyini müəyyənləşdirən mühüm geosiyasi manifestdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu sənəd tarixə, ortaq milli yaddaşa və böyük liderlərin siyasi irsinə söykənir. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Ümummilli Lider Heydər Əliyevin isə “Bir millət, iki dövlət” kəlamları Şuşa Bəyannaməsinin ideoloji əsasını təşkil edir. Məhz buna görə də Bəyannamənin işğaldan azad olunmuş Şuşada imzalanması böyük siyasi və mənəvi rəmz daşıyır. Şuşa Bəyannaməsi ilk növbədə Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirən siyasi bəyanatdır. İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra imzalanan bu sənəd regionda formalaşan yeni geosiyasi reallıqların hüquqi və siyasi təsdiqi kimi çıxış etdi. Bəyannamə göstərdi ki, Azərbaycan və Türkiyə artıq yalnız dost və tərəfdaş deyil, strateji müttəfiq dövlətlərdir. Bu müttəfiqlik regional proseslərə təsir edən, təhlükəsizlik arxitekturasını formalaşdıran və beynəlxalq münasibətlər sistemində mühüm rol oynayan yeni siyasi platformadır" Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Kərimli deyib Millət vəkili bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri tarix boyu ortaq dil, din, mədəniyyət və milli kimlik üzərində qurulub. Şuşa Bəyannaməsi isə bu münasibətləri keyfiyyətcə yeni mərhələyə daşıdı: "Sənəd iki ölkə arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın, təhlükəsizlik və müdafiə sahəsində koordinasiyanın, diplomatik fəaliyyətin, enerji və nəqliyyat layihələrinin daha da dərinləşdirilməsini nəzərdə tutur. Bu mənada Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək inteqrasiya mərhələsini əks etdirən strateji yol xəritəsidir Bəyannamənin əsas üstünlüklərindən biri onun hərtərəfli xarakter daşımasıdır. Sənəd siyasət, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya, müdafiə sənayesi, təhsil, elm, mədəniyyət, humanitar əlaqələr və informasiya siyasətini əhatə edir Xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin gücləndirilməsi, xarici siyasətin koordinasiyası və regional təşəbbüslərdə ortaq mövqenin formalaşdırılması iki ölkənin beynəlxalq təsir imkanlarını əhəmiyyətli dərəcədə artırır Şuşa Bəyannaməsi təkcə Azərbaycan və Türkiyənin deyil, bütövlükdə regionun gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir. Sənəd Cənubi Qafqazda dayanıqlı sülhün, iqtisadi inteqrasiyanın və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə xidmət edir Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar regionun nəqliyyat və logistika xəritəsini dəyişdirib. Bu kontekstdə Bəyannamədə xüsusi yer tutan Zəngəzur dəhlizi layihəsi Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu oynayır 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər nəticəsində formalaşan yeni imkanlar Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının iqtisadi məzmununu daha da zənginləşdirib Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi, Zəngəzur dəhlizinin perspektivləri, Bakı-Tbilisi-Qars xətti ilə inteqrasiya imkanları Orta Dəhlizin beynəlxalq əhəmiyyətini artırır. Bu layihələr yalnız Türkiyə ilə Azərbaycanın nəqliyyat əlaqələrini gücləndirmir, həm də Mərkəzi Asiya, Qafqaz və Avropa arasında ticarətin genişlənməsinə xidmət edir. Beləliklə, Şuşa Bəyannaməsi yeni geoiqtisadi məkanın formalaşdırılmasının mühüm hüquqi-siyasi bazasına çevrilir Sənəd qarşılıqlı investisiyaların təşviq olunmasını, milli iqtisadiyyatların şaxələndirilməsini və yeni iqtisadi əməkdaşlıq mexanizmlərinin yaradılmasını nəzərdə tutur İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərində Türkiyə şirkətlərinin fəal iştirakı bunun ən bariz nümunəsidir. Qarabağ və Şərqi Zəngəzurda yaradılan müasir infrastruktur, sənaye zonaları, yaşıl enerji layihələri və turizm potensialı yeni investisiya imkanları yaradır Xüsusilə Şuşanın və ətraf bölgələrin beynəlxalq turizm marşrutlarına daxil edilməsi gələcəkdə regionun iqtisadi cəlbediciliyini daha da artıracaq Şuşa Bəyannaməsində xarici siyasət sahəsində əlaqələndirmə mühüm yer tutur. Tərəflər beynəlxalq münasibətlər sistemində milli maraqlarını qorumaqla yanaşı, regional və qlobal təhlükəsizlik məsələlərində birgə fəaliyyət göstərmək barədə razılığa gəliblər" Deputatın sözlərinə görə bu yanaşma Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyini daha da gücləndirir və onların qlobal proseslərə təsir imkanlarını artırır: "Şuşa Bəyannaməsinin ən mühüm istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqdır. Sənəd iki ölkənin təhlükəsizliyinə təhdid yarandığı hallarda qarşılıqlı dəstək mexanizmlərini ehtiva edir Müdafiə sənayesi, hərbi təhsil, birgə təlimlər, müasir silah sistemlərinin tətbiqi və pilotsuz uçuş aparatlarının istehsalı sahəsində əməkdaşlıq Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi prosesinə mühüm töhfə verir Bu baxımdan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə hərbi əməkdaşlığını strateji müttəfiqlik səviyyəsinə yüksəldən tarixi sənəddir Bəyannamə Ermənistanda və regionun digər destruktiv dairələrində mövcud olan revanşist qüvvələrə də aydın mesaj verir Sənəd göstərir ki, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinə qarşı hər hansı təhdid təkcə Azərbaycanın deyil, həm də onun strateji müttəfiqi olan Türkiyənin diqqət mərkəzində olacaqdır. Bu isə regionda sabitlik və təhlükəsizlik üçün əlavə təminat yaradır Şuşa Bəyannaməsində diaspor və media əməkdaşlığı xüsusi yer tutur. Xaricdə yaşayan azərbaycanlı və türk icmalarının fəaliyyətinin koordinasiyası, informasiya mübadiləsinin genişləndirilməsi və ortaq media platformalarının formalaşdırılması müasir informasiya müharibələri şəraitində xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə atılan addımlar Azərbaycan və Türkiyənin beynəlxalq informasiya məkanında mövqelərinin daha da güclənməsinə xidmət edir Şuşa Bəyannaməsinin imzalanmasından sonra hər il iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfranslar sənədin siyasi-fəlsəfi məzmununun inkişaf etdirilməsinə xidmət edir 2022-ci ildə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir”, 2023-cü ildə “Qurtuluşdan Zəfərə”, 2024-cü ildə “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru”, 2025-ci ildə isə “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzularında keçirilən konfranslar Şuşanın Türk dünyasının siyasi-intellektual mərkəzlərindən birinə çevrildiyini nümayiş etdirir Prezident İlham Əliyevin vurğuladığı kimi, Şuşa Bəyannaməsində tarixi Qars müqaviləsinə istinad olunması xüsusi rəmzi məna daşıyır. Bir əsr əvvəl imzalanmış Qars müqaviləsi necə ki, regionun siyasi gələcəyini müəyyən etmişdisə, Şuşa Bəyannaməsi də XXI əsrdə Azərbaycan-Türkiyə münasibətlərinin strateji istiqamətlərini müəyyənləşdirir Bu sənəd qardaşlıq münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldərək regional təhlükəsizliyin, iqtisadi inteqrasiyanın, Türk dünyasının həmrəyliyinin və yeni geosiyasi düzənin mühüm dayaqlarından birinə çevrilmişdir. Şuşa Bəyannaməsi yalnız bu günün deyil, gələcək onilliklərin siyasi yol xəritəsi kimi tarixə daxil olmuşdur"


