Tenqri
Ana Səhifə
Dünya

"Şuşa Bəyannaməsi iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından da mühüm perspektivlər açır" - Millət vəkili

"2021-ci il iyunun 15-də Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş dövlət arasında

0 baxış525.az
"Şuşa Bəyannaməsi iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından da mühüm perspektivlər açır" - Millət vəkili
Paylaş:

"2021-ci il iyunun 15-də Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş dövlət arasında münasibətlərin tarixində yeni və mühüm mərhələnin başlanğıcı oldu. İşğaldan azad edilmiş Şuşada imzalanan bu sənəd Azərbaycan-Türkiyə münasibətlərinin və regionun gələcək inkişafının strateji yol xəritəsini müəyyənləşdirdi. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa Bəyannaməsi tarixi köklərə söykənən və gələcəyə hesablanmış mühüm siyasi sənəddir. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları bu sənədin ideoloji əsasını təşkil edir" Bunu millət vəkili Fatma Yıldırım 525.az-a bildirib. Millət vəkili qeyd edib ki, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldərək, siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə, təhlükəsizlik, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın daha da genişlənməsinə möhkəm hüquqi baza yaratdı. Bu sənəd iki dövlətin milli maraqlarının qorunması, regional sabitliyin təmin olunması və beynəlxalq müstəvidə birgə fəaliyyətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: "Bəyannamənin ən mühüm istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsidir. Sənəddə əks olunan qarşılıqlı dəstək və hərbi əməkdaşlıq müddəaları ölkələrimizin təhlükəsizliyinin təmin olunmasına, müdafiə potensialının gücləndirilməsinə və regionda sülhün qorunmasına xidmət edir. Bu, eyni zamanda, revanşist dairələrə və bölgədə sabitliyi pozmağa çalışan qüvvələrə verilmiş açıq və qəti mesajdır Şuşa Bəyannaməsi iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından da mühüm perspektivlər açır. Qarşılıqlı investisiyaların təşviqi, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi, xüsusilə Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində müəyyən edilmiş hədəflər regionun iqtisadi xəritəsini yenidən formalaşdırır. Bu layihələr Azərbaycanın və Türkiyənin tranzit imkanlarını artırmaqla yanaşı, Avropa ilə Asiya arasında yeni iqtisadi və logistik körpünün yaranmasına xidmət edir Bu gün işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesində Türkiyə şirkətlərinin fəal iştirakı da Şuşa Bəyannaməsinin real nəticələrindən biridir. Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən layihələr qardaş ölkələrin birliyinin və həmrəyliyinin bariz nümunəsidir Bəyannamədə diaspor fəaliyyəti, informasiya siyasəti və beynəlxalq platformalarda qarşılıqlı dəstək məsələlərinin əks olunması da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyəti beynəlxalq ictimaiyyətə həqiqətlərimizin çatdırılması və milli maraqlarımızın müdafiəsi baxımından mühüm imkanlar yaradır. Artıq beş ilə yaxındır ki, Şuşa Bəyannaməsi regionda yeni geosiyasi reallıqların formalaşmasına, Türk dünyasının inteqrasiyasının güclənməsinə və Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Şuşada hər il keçirilən beynəlxalq konfranslar da bu tarixi sənədin əhəmiyyətini bir daha nümayiş etdirir. Hesab edirəm ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir. Bu sənəd gələcək nəsillərə miras qalan strateji yol xəritəsi olmaqla yanaşı, bölgədə sülhün, sabitliyin və inkişafın təmin edilməsində mühüm rol oynamaqda davam edəcəkdir"

Kaynak: 525.az

Diğer Haberler