Tenqri
Ana Səhifə
Dünya

Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi - RƏY

Azərbaycan–Türkiyə münasibətlərinin nüvəsini vahid türk sivilizasiya məkanına mənsubiyyət təşkil edir. Əsrlər boyu ölkələrimiz arasında dil, mədəniyyət, ədəbiyyat və mənəvi dəyərlər baxımından sıx əlaqələr mövcud olub. Bu səbəbdən Azərbaycan və Türkiyə arasındakı münasibətlər klassik dövlətlərarası

0 baxışazertag.az
Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi - RƏY
Paylaş:

Azərbaycan–Türkiyə münasibətlərinin nüvəsini vahid türk sivilizasiya məkanına mənsubiyyət təşkil edir. Əsrlər boyu ölkələrimiz arasında dil, mədəniyyət, ədəbiyyat və mənəvi dəyərlər baxımından sıx əlaqələr mövcud olub. Bu səbəbdən Azərbaycan və Türkiyə arasındakı münasibətlər klassik dövlətlərarası əlaqələrdən daha geniş məna daşıyır. Hər iki ölkənin ictimai şüurunda qardaşlıq anlayışı siyasi ritorika deyil, tarixi və sivilizasiya reallığı kimi qəbul olunur Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva deyib “Azərbaycan–Türkiyə münasibətlərinin inkişafında ən mühüm dönüş nöqtələrindən biri 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi oldu. Şuşa Bəyannaməsi müasir Azərbaycan tarixinin ən mühüm siyasi sənədlərindən biri kimi, yalnız Azərbaycan ilə Türkiyə arasında münasibətlərin yeni mərhələsini müəyyən etmədi. Eyni zamanda, Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına, Avrasiyanın nəqliyyat xəritəsinə və Türk dünyasının gələcək inteqrasiya proseslərinə təsir göstərən strateji konsepsiya kimi meydana çıxdı. Müasir Azərbaycan tarixinin ən əhəmiyyətli siyasi sənədlərindən biri hesab olunan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi Şuşa Bəyannaməsinin ən böyük strateji əhəmiyyəti isə onun Türk dünyası üçün yaratdığı yeni siyasi və ideoloji çərçivə sənədi kimi özünü təsdiqləməsidir. Sənəd göstərdi ki, türk dövlətləri arasında əməkdaşlıq artıq yalnız ortaq tarix və mədəniyyət anlayışı üzərində qurulmur və məhdudlaşmır. Bu əməkdaşlıq təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, enerji və diplomatiya sahələrində də konkret strateji məzmun qazanır. Məhz buna görə, Şuşa Bəyannaməsi Türk Dövlətləri Təşkilatının gələcək inkişafının ideoloji və siyasi dayaqlarından biri kimi qiymətləndirilməlidir”,- deyə Y.Hacıyeva vurğulayıb Politoloq əlavə edib ki, son illərdə türk dövlətləri arasında siyasi dialoqun intensivləşməsi, nəqliyyat əlaqələrinin genişlənməsi və iqtisadi inteqrasiyanın sürətlənməsi bu yanaşmanın praktik nəticəsidir. Bu baxımdan, Şuşa Bəyannaməsi yalnız Azərbaycan–Türkiyə münasibətlərinin hüquqi bazasını gücləndirən sənəd deyil. O, eyni zamanda, Cənubi Qafqazın yeni geosiyasi reallıqlarını əks etdirən, regional təhlükəsizlik modelinin formalaşmasına təsir edən və Türk dünyasının gələcək inteqrasiyası üçün strateji yol xəritəsi rolunu oynayan mühüm siyasi məramnamədir. Azərbaycan–Türkiyə münasibətlərinin bugünkü səviyyəsi göstərir ki, ortaq tarix, mədəniyyət və siyasi iradə üzərində qurulan əməkdaşlıq yalnız keçmişin mirası deyil. Şuşa Bəyannaməsi ilə bu münasibətlər yeni institusional məzmun qazanaraq regional siyasətin və Türk dünyasının gələcək inkişaf istiqamətlərini müəyyən edən strateji modelə çevrilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler