Səudiyyə Ərəbistanından şad xəbər var
Səudiyyə Ərəbistanı hakimiyyəti İranın krallığın enerji infrastrukturuna hücumlarının nəticələrindən sonra Şərq-Qərb boru kəməri ilə neft nəqlinin tam bərpa olunduğunu elan edib. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir Departamentin məlumatına görə, hücumlar nəticəsində “Şərq-Qərb bor

Səudiyyə Ərəbistanı hakimiyyəti İranın krallığın enerji infrastrukturuna hücumlarının nəticələrindən sonra Şərq-Qərb boru kəməri ilə neft nəqlinin tam bərpa olunduğunu elan edib. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir Departamentin məlumatına görə, hücumlar nəticəsində “Şərq-Qərb boru kəmərinin sutkada təqribən 700 min barel ötürücülük itkisi”, eləcə də Manifa və Xurais yataqlarında hasilatın hər birində təqribən 300 min barel azalması da daxil olmaqla, gücün bir hissəsi itirilib. Hazırda “uğurlu əməliyyat və texniki səylər boru kəmərinin sutkada təqribən 7 milyon barel tam nasos gücünə, eləcə də Manifa yatağında hasilat həcmini sutkada təxminən 300 min barelə çatdırmağa imkan verib” Aydınlaşdırılır ki, “Xurais yatağı ilə bağlı tam hasilat gücünün bərpası istiqamətində işlər davam etdirilir”, başa çatması daha sonra açıqlanacaq


