Tenqri
Ana Səhifə
Dünya

İsrailin öz planları var

İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin gələcəkdə İrana münasibətdə hərəkət azadlığını qorumaq arzusunda olduğunu bəyan edib. Katz bu barədə Vaşinqton və Tehran arasında münaqişənin həlli ilə bağlı danışıqlarını şərh edərkən bildirib "İsrail gələcəkdə İranın nüvə silahına sahib olmasının qar

0 baxışhaqqin.az
İsrailin öz planları var
Paylaş:

İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin gələcəkdə İrana münasibətdə hərəkət azadlığını qorumaq arzusunda olduğunu bəyan edib. Katz bu barədə Vaşinqton və Tehran arasında münaqişənin həlli ilə bağlı danışıqlarını şərh edərkən bildirib "İsrail gələcəkdə İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün müstəqil hərəkət etmək qabiliyyətimizi qoruyub saxlamağı təmin etməlidir. Baş nazir Benyamin Netanyahu və mən İDF-yə buna uyğun hazırlaşmağı tapşırdıq", - Katz X-də yazıb ABŞ-İran danışıqlarından danışan nazir, ABŞ prezidenti Donald Trampın bu danışıqları “Amerikanın maraqları, o cümlədən İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda İsraillə ortaq maraqlar əsasında” apardığı barədə fikir bildirib. Katzın sözlərinə görə, İsrail Vaşinqtondan “bu prinsipə, eləcə də raket silahları və terrorçu qrupların fəaliyyətləri sahəsində digər prinsiplərə əməl etməsini” gözləyir Katz həmçinin qeyd edib ki, "İsrail Livan, Suriya və Qəzzadakı təhlükəsizlik zonalarından qoşunlarını çıxarmayacaq. İsrail ordusu sərhədlərimizi və vətəndaşlarımızı Hermon dağının zirvəsindən Livanın dağlarına, Samariya ərazilərini (Şimali Qərb Sahili) və Qəzzanın böyük hissəsini qorumağa davam edəcək Nazirin sözlərinə görə, İsrailin "aydın və birmənalı təhlükəsizlik konsepsiyası" var: "Biz həm yaxın, həm də uzaq təhlükələrə qarşı işləyirik, kompromis və güzəştlərə deyil, qərarlar qəbul etməyə çalışırıq. Bu müddət ərzində çox şey var və biz bundan sonra da güclü təhlükəsizlik siyasəti yürütməkdə qərarlıyıq..."

Kaynak: haqqin.az

Diğer Haberler