İranın ABŞ-a etibarı yoxdur
İran parlamentinin üzvü Fədahüseyn Maleki Tehranın ABŞ-la danışıqlara inanmadığını və hazırkı atəşkəs rejimini qəbul etmədiyini bildirib və Vaşinqtonu İrana daha çox təzyiq göstərməkdə ittiham edib “Hörmüz boğazının blokadası və iqtisadi təzyiq amerikalıların son hiylələri deyil və onlar şübhəsiz

İran parlamentinin üzvü Fədahüseyn Maleki Tehranın ABŞ-la danışıqlara inanmadığını və hazırkı atəşkəs rejimini qəbul etmədiyini bildirib və Vaşinqtonu İrana daha çox təzyiq göstərməkdə ittiham edib “Hörmüz boğazının blokadası və iqtisadi təzyiq amerikalıların son hiylələri deyil və onlar şübhəsiz ki, başqa ssenariləri nəzərdən keçirirlər”, - deyə Maleki bildirib. “Buna əsaslanaraq, biz danışıqlara (ABŞ ilə - red.) etibar etmirik və atəşkəsi qəbul etmirik”, - deyə o əlavə edib Maleki həmçinin ABŞ-ın hərəkətlərini Hörmüz boğazı vasitəsilə iranlılara təzyiqi artırmaq, inflyasiya və qiymət artımını hədəfləyən “iqtisadi müharibənin” bir hissəsi kimi səciyyələndirib və İranın bu cür təzyiqlərə qarşı son dərəcə həssas qaldığı barədə xəbərdarlıq edib Bu arada İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi X sosial şəbəkəsində ərəbcə mənalı mesaj yerləşdirib və tərcüməsi belədir: “Bir aslanın təbəssümünü görsən, aslanın sənə gülümsədiyini düşünmə”


