Səhiyyə Nazirliyinin rəhbəri Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb
Səhiyyə naziri Teymur Musayev Asiya İnkişaf Bankının (AİB) 3-cü (SD3) sektor departamentinin direktoru Kristin Enqstromun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb Səhiyyə naziri AİB nümayəndə heyətini salamlayaraq qeyd edib ki, Azərbaycan hökuməti səhiyyə sisteminin davamlı inkişafını, tibbi i

Səhiyyə naziri Teymur Musayev Asiya İnkişaf Bankının (AİB) 3-cü (SD3) sektor departamentinin direktoru Kristin Enqstromun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb Səhiyyə naziri AİB nümayəndə heyətini salamlayaraq qeyd edib ki, Azərbaycan hökuməti səhiyyə sisteminin davamlı inkişafını, tibbi infrastrukturun müasirləşdirilməsini və əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini prioritet istiqamət kimi müəyyən edib. Teymur Musayev vurğulayıb ki, son illər ölkədə tibb müəssisələrinin müasirləşdirilməsi və rəqəmsal həllərin tətbiqi istiqamətində mühüm addımlar atılıb Nazir Asiya İnkişaf Bankı ilə əməkdaşlığın səhiyyə sahəsində islahatların daha səmərəli həyata keçirilməsinə və beynəlxalq təcrübədən istifadə olunmasına mühüm töhfə verdiyini də vurğulayıb. Teymur Musayev gələcəkdə innovativ layihələr, xüsusilə regional tibb infrastrukturunun inkişafı və tibb kadrlarının potensialının gücləndirilməsi sahəsində birgə təşəbbüslərin vacibliyini qeyd edib Öz növbəsində, Kristin Enqstrom Azərbaycan hökumətinin səhiyyə sektorunda apardığı islahatları yüksək qiymətləndirib və AİB-in bu prosesləri dəstəkləməyə hazır olduğunu vurğulayıb O, insan kapitalının inkişafı və sosial sahədə layihələrin həyata keçirilməsi baxımından Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini qeyd edib, yeni birgə təşəbbüslərə, xüsusilə ana və uşaq sağlamlığının qorunması, tibb kadrlarının hazırlanması və innovativ tibbi texnologiyaların tətbiqi sahəsində maraqlı olduğunu bildirib


