Avtomobil nəhənginin böyük problemləri var: avtosalonları satır
Almaniyanın Mercedes-Benz konserni Berlindəki bütün avtosalonlarını kanadalı sahibkar, Alpha Auto Group-un rəhbəri Kuldeep Billana satıb, Bild qəzeti işgüzar dairələrdəki mənbələrə istinadən yazır Söhbət Berlində 1,5 minə yaxın işçisi olan yeddi filialdan gedir. Mercedes-Benz, nəşrə görə, Hamburqd

Almaniyanın Mercedes-Benz konserni Berlindəki bütün avtosalonlarını kanadalı sahibkar, Alpha Auto Group-un rəhbəri Kuldeep Billana satıb, Bild qəzeti işgüzar dairələrdəki mənbələrə istinadən yazır Söhbət Berlində 1,5 minə yaxın işçisi olan yeddi filialdan gedir. Mercedes-Benz, nəşrə görə, Hamburqda, Münhendə, eləcə də Reyn-Rur bölgəsində, ümumilikdə 8 min iş yerini təhlükə altına ala biləcək avtosalonlar satmağı planlaşdırır Berlindəki mağaza işçiləri sövdələşmə barədə e-poçt vasitəsilə bildiriş aldılar. Onlardan pul kompensasiyası və ya cəmi bir il iş zəmanəti arasında seçim etmələri istənilib. Sonra mövcud müqavilələrə xitam verilməli və yeniləri bağlanmalıdır Bild qeyd edir ki, Berlin Mercedes-Benz avtosalonlarının işçiləri iki il ərzində satışın qarşısını almağa çalışsalar da, onların bütün səyləri uğur gətirməyib


