Tenqri
Ana Səhifə
Dünya

U-21 millisinin baş məşqçisi: Eqosunu komandadan üstün tutan futbolçunun yığmada yeri olmayacaq

Türkiyədəki toplanış həm futbolçular, həm də bizim üçün çox yaxşı təcrübə oldu Bu sözləri AZƏRTAC-a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışı çərçivəsində Bəhreyn və Qırğızıstan yığmaları

0 baxışazertag.az
U-21 millisinin baş məşqçisi: Eqosunu komandadan üstün tutan futbolçunun yığmada yeri olmayacaq
Paylaş:

Türkiyədəki toplanış həm futbolçular, həm də bizim üçün çox yaxşı təcrübə oldu Bu sözləri AZƏRTAC-a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışı çərçivəsində Bəhreyn və Qırğızıstan yığmalarına qarşı keçirilən yoxlama oyunları barədə danışarkən deyib O bildirib ki, hazırlıq prosesində əsas diqqət hücum oyununun təkmilləşdirilməsinə yönəldilmişdi: “Əsas məqsədimiz hücum xəttindəki əlaqələri gücləndirmək və daha çox qol vəziyyəti yaratmaq idi. Bu istiqamətdə müəyyən irəliləyiş əldə etsək də, topsuz oyunda mövcud problemlərimiz daha qabarıq şəkildə üzə çıxdı. Hazırda bizim üçün ən vacib məsələ hücum və müdafiə arasında düzgün balansın qurulmasıdır” Mütəxəssis toplanışın həm məşqçilər korpusu, həm də futbolçular üçün faydalı təcrübə olduğunu qeyd edib: “Bu toplanış yeni futbolçuları daha yaxından izləmək baxımından da əhəmiyyətli oldu. Onların meydandakı davranışı, enerjisi və işə yanaşması məndə müsbət təəssürat yaratdı. Həmin oyunçuları izləməyə davam edəcəyik. İnanıram ki, gələcəkdə onlar milli komandamıza ciddi fayda verəcəklər" Baş məşqçi qarşıda komandanı Avropa çempionatının seçmə mərhələsində həlledici oyunların gözlədiyini də xatırladıb: “Bizi Çexiya, Şotlandiya və Cəbəllütariqə qarşı üç taleyüklü görüş gözləyir. Gələcəkdə nəticə uğrunda, komanda yoldaşları və bayrağımız naminə ürəklə mübarizə aparmağa hazır olan futbolçulara daha çox şans vermək niyyətindəyəm. Öz eqosunu komandadan üstün tutan futbolçunun yığmada yeri olmayacaq” Xatırladaq ki, təlim-məşq toplanışında Bəhreyni 3 cavabsız qolla üstələyən U-21 Qırğızıstana 1:3 hesabı ilə uduzub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler