Daha iki güləşçimiz Avropa çempionu oldu (FOTO)
BAKI, Azərbaycan, 26 aprel. Azərbaycan sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında daha beş medal qazanıblar Son yarış günündə Əli Tsokaev (92 kq) və Georgi Meşvildişvili (125 kq) Avropa çempionu olublar. Turan Bayramov (74 kq) və Arseni Jioyev (86 kq) finalda

BAKI, Azərbaycan, 26 aprel. Azərbaycan sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında daha beş medal qazanıblar Son yarış günündə Əli Tsokaev (92 kq) və Georgi Meşvildişvili (125 kq) Avropa çempionu olublar. Turan Bayramov (74 kq) və Arseni Jioyev (86 kq) finalda məğlub olaraq gümüş medal qazanıblar Nurəddin Novruz (61 kq) bürünc medal uğrunda mübarizədə uduzaraq 5-ci yeri tutub Beləliklə, sərbəst güləşçilər Avropa çempionatını altı medalla başa vurublar. Bundan əvvəl İslam Bazarqanov (57 kq) qızıl, Cəbrayıl Hacıyev (79 kq) bürünc medal qazanıb Yunan-Roma güləşçilərindən Xəsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olublar. Bürünc medalları Rəşad Məmmədov (55 kq), Nikhat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) qazanıblar Qadınların mübarizəsində Jalya Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc medal qazanıblar


