Tusk: Zelenskinin bəzi açıqlamaları məni qəzəbləndirir
Polşanın Baş naziri Donald Tusk Ukrayna Prezidenti Volodimir Zelenskinin bəzi açıqlamalarının onu qəzəbləndirdiyini etiraf edib Bu barədə "Onet" portalı məlumat yayıb “Məni də bəzən sərhədin o tayından gələn ağılsız bəyanatlar qıcıqlandırır. Mən uzun müddət Zelenskiyə izah etmişəm ki, sizin öz his

Polşanın Baş naziri Donald Tusk Ukrayna Prezidenti Volodimir Zelenskinin bəzi açıqlamalarının onu qəzəbləndirdiyini etiraf edib Bu barədə "Onet" portalı məlumat yayıb “Məni də bəzən sərhədin o tayından gələn ağılsız bəyanatlar qıcıqlandırır. Mən uzun müddət Zelenskiyə izah etmişəm ki, sizin öz hissləriniz var, bizim də öz hisslərimiz. Biz sizə necə qayğı göstəririksə, siz də bizə elə yanaşın”, - deyə Tusk bildirib Polşa hökumət başçısı hesab edir ki, Varşava ilə Kiyev arasındakı münasibətlər bərabərhüquqlu əsasda qurulmalıdır Onun sözlərinə görə, iki ölkə arasındakı tərəfdaşlıq qarşılıqlı hörmət prinsiplərinə söykənməlidir


