Tenqri
Ana Səhifə
Dünya

Türkiyə Rusiya və Ukrayna arasında yeni danışıqları qəbul etməyə hazırdır

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 16-17-də Moskvaya səfəri zamanı ölkəsinin Rusiya Federasiyası ilə Ukrayna arasında yeni danışıqları qəbul etməyə və Qara dənizdə təhlükəsizliklə bağlı təklifləri müzakirə etməyə hazır olduğunu təsdiq edəcək. Bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazi

0 baxışhaqqin.az
Türkiyə Rusiya və Ukrayna arasında yeni danışıqları qəbul etməyə hazırdır
Paylaş:

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 16-17-də Moskvaya səfəri zamanı ölkəsinin Rusiya Federasiyası ilə Ukrayna arasında yeni danışıqları qəbul etməyə və Qara dənizdə təhlükəsizliklə bağlı təklifləri müzakirə etməyə hazır olduğunu təsdiq edəcək. Bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib "Səfər zamanı nazir Fidan Türkiyənin 2022 və 2025-ci illərdə olduğu kimi Rusiya və Ukrayna arasında danışıqların növbəti raunduna ev sahibliyi etməyə hazır olduğunu təsdiq edəcək. O, Qara dənizdə artan gərginliyin regional və qlobal sülhə təhlükə yaratdığını və son hadisələrin çoxvektorlu risklər yaratdığını qeyd edəcək", - mənbə bildirib Fidan həmçinin qeyd edəcək ki, Türkiyənin [Ukraynada] atəşkəs təklifi, o cümlədən Qara dənizdə naviqasiya, həmçinin enerji infrastrukturu və limanlarının təhlükəsizliyini təmin edən mexanizm qüvvədə qalır

Kaynak: haqqin.az

Diğer Haberler